• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

Referendumla bağlı seçki protokolları MSK-ya təqdim edildi

Referendumla bağlı seçki protokolları MSK-ya təqdim edildi

"Azərbaycanda keçirilən referendumla bağlı bütün seçki məntəqələri hesabatı yekunlaşdırıb".

Publika.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilməsi məqsədi ilə baş tutan ümumxalq səsverməsinin (referendum) nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib.

M.Pənahov deyib ki, 5627 seçki məntəqəsinin hər biri protokolları MSK-ya təqdim ediblər: "Bütün məntəqələrin hamısı bu gün səhər saatlarında MSK-ya daxil olub. Yəni, 125 dairə üzrə 5627 məntəqədə səsvermə olub ki, bu məntələrin hər biri də MSK-ya hesabat verib".

M.Pənahov referendumun şəffaf və demokratik şəraitdə keçirildiyini söyləib.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR