Nida.az
Plan 1: “Məğlubedilməzlik” – Plan 2: ərazilərin qaytarılmasına hazırlıq
"Ermənistanda "İsgəndər-M" raket-kompleksinin nümayişi şou
idi".
Publika.az xəbər verir ki, bu barədə erməni
politoloq Ayk Martirosyan deyib.
Onun sözlərinə görə, "İsgəndər-M"-in nümayişi heç nəyi dəyişdirmir:
"Ermənistan bir gecədə İsveçrə, yaxud Avstriya olmadı. Digər
tərəfdən, bu raket-kompleksinin həqiqətən Ermənistana məxsus
olduğu, yoxsa Rusiyanın bazasına aid olduğu müzakirə mövzusudur.
Bütün hallarda "İsgəndər-M" xüsusi hal deyil. Bu atom bombası deyil
ki, bütün bölgəni məhv etsin, yaxud belə bir qorxu yaratsın. Deyək
ki, "İsgəndər-M" Ermənistanda var, lakin bu nə qədər güclü olsa da,
erməni ordusunun Azərbaycana qarşı nəsə edəcəyini düşünmək
çətindir".
Politoloq Ermənistanın özünü aldatmamasını məsləhət görüb.
"Biz özümüzü aldatmamalıyıq. Əgər bizim atom bombamız olsaydı, o
zaman nəsə danışa bilərdik. İndiki halda isə "İsgəndər-M"-in
Azərbaycanı qorxutduğunu düşünmək sadəlövhlük olardı. Əminəm ki,
Bakı artıq bu silaha qarşı ciddi hazırlıq aparıb. Bu baxımdan,
"İsgəndər" onlar üçün baryer deyil", - deyə o bildirib.
A. Martirosyan bu etirafı fonunda digər erməni ekspert Stepan
Qriqoryanın dedikləri diqqət çəkir.
S. Qriqoryan hesab edir ki, Ermənistan "əzələ nümayişi" göstərsə
də, arxa planda Qarabağ münaqişəsinin nizamlanması istiqamətində iş
aparılır.
"Bunu anlamaq üçün erməni liderlərin dəyişən mövqelərinə baxmaq
lazımdır. Son aylar ərzində rəsmi İrəvanın Qarabağ məsələsində
siyasəti aydınlaşdı. Əgər əvvəl hakimiyyət etibar atmosferini
yaratmağın lazım olduğunu deyirdisə, indi bildirirlər ki, dünya
güzəştlərə getməyi məcbur edir və Ermənistan bu güzəştlərə
hazırdır".
Onun sözlərinə görə, erməni rəhbərliyinin müxtəlif tribunalardan
etdikləri çıxışlar da İrəvanın güzəştləri salamladığının
sübutudur.
"Lakin güzəştlərdən söhbət gedirsə, bu heç də bizim rəhbərliyimizin
dediyi kimi, Azərbaycanın da güzəşt edəcəyi demək deyil. Çünki
rəsmi Bakı güzəştləri Ermənistan tərəfinin etməsini tələb edir,
eyni mövqeyi Rusiya da paylaşır", - deyə o vurğulayıb.
Erməni ekspertlərin sözləri İrəvanın müharibə rirotikasına rəğmən,
ortada erməni rəhbərliyinin də iştirak etdiyi ikili planın olması
ehtimalını artır.
Plan 1: erməni ictimaiyyəti "güclü ordu", "güclü silah"la
sakitləşdirilir. Həm də silahın Moskvadan alınması fikri
qabardılaraq, anti-Rusiya əhval-ruhiyyəsi yumlaşdılır.
Plan 2: Ermənistan ərazilərin qaytarılmasına məcbur edilir. Lakin
prosesin kənar müdaxilələrdən zərər görməməsi üçün bu iş gizli
aparılır.
Asif
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK