Region hərbiləşir, Türkiyə Qarabağda... - “Tam Məxfi”
Bizi izləyin

Nida.az

Region hərbiləşir, Türkiyə Qarabağda... - “Tam Məxfi”

Rusiyanın sərhədləri boyunca gərginlik qövsü yaradılır.

Rusiyanın sərhədləri boyunca gərginlik qövsü yaradılır.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanı məşhur "Soverşenno sekretno" (Tam Məxfi) nəşri yazıb.

Nəşr Türkiyədəki 15 iyul dövlət çevrilişinə cəhddən sonra regionda baş verənlərə diqqət çəkib.

"İrəvanda polis binası tutuldu. Oxşar hadisələr Abxaziyada yaşandı. Həmçinin, Qazaxıstanda sabitlik pozuldu. Bu hadisələrin ümumi nöqtəsini axtarmaq səhv ola bilər. Xüsusilə Ermənistanda iqtisadi problemlər fonunda baş verənlər bu ölkənin daxili məsələsi idi. Lakin regiondakı ölkələrdə, xüsusilə Rusiya sərhədləri ətrafında eyni anda baş verənlər diqqət çəkir", - deyə nəşr yazır.

Nəşr bunun fonunda Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkib: "Bu yaxınlarda baş verən döyüşlər münaqişənin hər an nəzarətdən çıxa biləcəyinə işarə idi. Burada region ölkələrinin də mövqeləri diqqət çəkir. Misal üçün, Türkiyə Qarabağ məsələsində qəti şəkildə Azərbaycanı dəstəkləyir və istənilən müharibədə onun yanında yer alacağını vurğulayır. Əgər yeni müharibə olarsa, bunu onilliklər boyunca söndürmək çətin olacaq".

"Soverşenno sekretno" bütün baş verənlərin fonunda regionda hərbiləşmənin sürətlənməsinə də diqqət çəkir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm