Nida.az
İrəvan Qarabağda bunu etsə... - NATO Ermənistanı bombalayacaq
Ermənistanda sentyabrın 21-də keçirilən hərbi parad
zamanı nümayiş olunan "İsgəndər-M" raket kompleksləri beynəlxalq
siyasi və hərbi ekspertlərin diqqətini yenidən Rusiya və NATO
münasibətlərinə yönəldib.
Publika.az xəbər verir ki, beynəlxalq ekspertlər Rusiyanın
Ermənistan ərazisində "İsgəndər-M" raketlərini NATO təhdidinə qarşı
yerləşdirdiyini düşünürlər.
"Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi"nin məlumatına görə, bu
ilin may ayında Rumıniyanın Deveselu şəhərində yerləşən hərbi
bazada NATO-nun "Aegis" yerüstü RMS kompleksinin açılışı və bundan
dərhal sonra Polşanın Redzikovo ərazisində analoji komplekslərin
tikintisinə başlanması Rusiyanı qorxuya salıb.
Moskva bəyan edib ki, NATO-nun Avropada raketdən müdafiə sistemi
yerləşdirməsi Rusiyanın milli təhlükəsizliyi üçün təhlükədir və
regionda strateji sabitliyi pozacaq. Bundan sonra Rusiya
təhlükəsizlik məqsədi ilə əlaqədar "İsgəndər-M"lərdən" istifadə
olunacağına dair NATO-ya xəbərdarlıq edib.
Beynəlxalq ekspertlərin gəldiyi qənaətə görə, bu gün Rusiyanın
"İsgəndər" raket sistemlərini Ermənistanda yerləşdirməsi bu ölkənin
özünə qarşı acıq təhlükə faktoru yaradacaq. Belə ki, Rusiyanın NATO
ilə mümkün qarşıdurma halında NATO-nun ilk hədəfi Rusiyanın raket
artilleriya sistemlərini sıradan çıxarmaq olacaq. Bu da Rusiyanın
bufer zona seçdiyi Ermənistan ərazisinin hədəf olaraq vurulması
deməkdir.
Digər tərəfdən, NATO "İsgəndər-M"lərdən istifadə zamanı da
Ermənistanı hədəfə ala bilər. Ermənistan "İsgəndər-M"dən Qarabağda
baş verə biləcək müharibədə istifadə edə biləcəyini gizlətmir. Bu
isə NATO-nun da prosesə müdaxiləsi ilə nəticələnə bilər.
Asif
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...