Nida.az
Mosula hazırlanan əməliyyat və Türkiyənin iki qorxusu - DETALLAR
Rakka və Mosula əməliyyat məsələsi koalision güclərinin
gündəmindədir.
Publika.az xəbər verir ki, Türkiyə Mosulun
İŞİD-dən təmizlənməsi əməliyyatında "tarixi məsuliyyət" və "türkman
mübarizəsi" çərçivəsində qatılmaq istəyir. Laki Başika böhranına
görə İraq buna qarşı çıxır. Rəsmi Bağdad Türkiyənin onlarla
əməkdaşlıq etmədiyini və məzhəb üzərindən hərəkət etdiyini iddia
edir.
"Habertürk"ün məlumatına görə, Mosulun İŞİD-dən təmizlənməsi üçün
15 min yerli döyüşçü əməliyyatda iştirak edəcək. Əməliyyat başa
çatandan sonra yerli döyüşçülər Mosulun daxili təhlükəsizliyini
təmin edəcək. Bununla yanaşı, İraq ordusunun 20-25 min üzvü də
Mosul əməliyyatında iştirak edəcək.
Hazırda Mosulda 2 milyon insan yaşayır. Əməliyyat zamanı xalq
şəhəri tərk etsə, humanitar faciənin yaşanacağı təhlükəsi var.
Mosulun da Tikrit və Amadinin taleyi ilə üzləşməməsi üçün müxtəlif
planlar üzərində iş gedir.
Mosul əməliyyatına İraq Kürd Muxtariyyətinin əsgərləri də
qatılacaq. Lakin onlar Mosulun mərkəzinə daxil olmayacaqlar. Sadəcə
olaraq, İraq ordusunun keçidini təmin edəcəklər.
Əməliyyat nəticəsində İŞİD-in Mosulun şərqinə sıxışdırılması
planlaşdırılır.
Türkiyənin Mosul əməliyyatında çəkindiyi iki məqam var.
1. Mosul xilas edilərkən İranın təsirində olan iraqlı şiə
milislərin şəhərə girməsi.
2. Mosulun Telafer bölgəsində şiə və sünni türkmanlar arasında
daxili müharibənin, yaxud "intiqam" savaşının baş verməsi. Çünki
sünni türkmanların bir qismi İŞİD-ə dəstək vermişdi.
Asif
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi