Əli bəy Hüseynzadənin qızı Azərbaycana dəvət olundu - FOTOLAR
Bizi izləyin

Nida.az

Əli bəy Hüseynzadənin qızı Azərbaycana dəvət olundu - FOTOLAR

Görüş zamanı Azərbaycandan ziyarətçilərinin olmasını atasına göstərilmiş böyük diqqət olduğunu qeyd edən Feyzaver Alpsarı bildirib ki, Əli bəy Hüseynzadəyə aid olan bütün əsərləri və şəxsi əşyalarını Azərbaycana hədiyyə edib.

İstanbulda səfərdə olan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayılov, "Şərq" qəzetinin baş redaktoru, araşdırmaşı-yazar Akif Aşırlı, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin başkanı Səfər Karakoyunlu böyük mütəfəkkir və Turançı Əli bəy Hüseynzadənin 95 yaşlı qızı Feyzaver Alpsarı ziyarət ediblər.

Bu barədə Publika.az-a ATXƏM-dən məlumat verilib.

Görüş zamanı Azərbaycandan ziyarətçilərinin olmasını atasına göstərilmiş böyük diqqət olduğunu qeyd edən Feyzaver Alpsarı bildirib ki, Əli bəy Hüseynzadəyə aid olan bütün əsərləri və şəxsi əşyalarını Azərbaycana hədiyyə edib:

"Bu otaqda gördükləriniz atamın əsərlərinin sadəcə fotokopiləridir. Bütün orjinal sənədləri Azərbaycan dövlətinə hədiyyə etmişəm".

Görüşdə ATXƏM sədri İlham İsmayılov Feyzaver Alpsarını Azərbaycana dəvət edib. Feyzaver Alpsarı səhhəti ilə bağlı problem olduğunu, lakin həkimlərin icazə verəcəyi təqdirdə belə bir səfərin reallaşmasından da çox məmnun olacağını bildirib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm