Nida.az
Bayram Səfərov İtaliya mətbuatında: “Qarabağdan imtina etməyəcəyik”
İtaliyanın nüfuzlu "Il Giornale" qəzetinin xüsusi buraxılışı olan "Gli Occhi della Guerra"-da jurnalist Matteo Karnielettonun Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovdan aldığı müsahibə əsasında hazırladığı "Dağlıq Qarabağdan heç vaxt imtina etməyəcəyik" adlı məqaləsi dərc olunub (http://www.occhidellaguerra.it/non-rinunceremo-mai-al-nagorno-karabakh/).
Məqalədə bildirilir ki, 1992-ci ildə Ermənistan tərəfindən işğal olunmuş Şuşa şəhərinin "sürgündə" olan icra başçısı və Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri olan Bayram Səfərov öz şəhəri və iyirmi ildən artıq davam edən əzabları barədə danışarkən öz kədərini gizlədə bilmir.
B.Səfərov ermənilərin hərbi təcavüzündən sonra 1992-ci ildə Şuşanı yalnız əynindəki geyimlə tərk etməyə məcbur qaldığını, bəzilərinin canlarını qurtara bildiyini, bəzilərinin isə artilleriya və snayper atəşləri nəticəsində həyatlarını itirdiklərini bildirib.
Daha sonra qeyd olunur ki, Dağlıq Qarabağda müharibə iyirmi ildən çox bir müddətdə davam edir və hər il həlak olan insanların sayı artır. Erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən BMTnin dörd qətnaməsi xatırladılır və münaqişənin qeyd olunan qətnamələr əsasında çoxdan həllini tapmalı olduğunu bildirilir.
Məqalədə Azərbaycanın sülh yolu və diplomatik vasitələrlə münaqişənin həllinə çalışdığı, bununla belə öz ərazilərini geri qaytarmaq üçün digər bütün vasitələrdən istifadə edə biləcəyi vurğulanır. Bildirilir ki, nəinki gənclər, hətta yaşı altmışı ötmüş B.Səfərov belə döyüşə getməyə hazırdır.
Münaqişənin etnik zəmində baş vermədiyi fikri qeyd olunur. Hal-hazırda Azərbaycanda bir çox etnik azlıqlarla yanaşı, 40 min erməninin dinc şəraitdə yaşaması faktının bunu təsdiqlədiyi vurğulanır. Ermənistanda isə yalnız ermənilərin yaşamasının, bu dövlətin etnik azlıqlara münasibətinin göstəricisi olduğu bildirilir.
1992-ci ildən bəri Şuşaya gedə bilməyən B.Səfərovun həmin şəhərdə yerləşən ata-anasının qəbrini ziyarət etməkdən məhrum olmasından təəssüfləndiyi qeyd olunur.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO