Qlobal savaşın konturları və “Böyük Qafqaz” planında "Qarabağ müharibəsi"
Bizi izləyin

Nida.az

Qlobal savaşın konturları və “Böyük Qafqaz” planında "Qarabağ müharibəsi"

Dünya yeni müharibə mərhələsinə qədəm qoyur. Hansı ki, zamanında Karl Klauzevis (XIX əsrdə yaşamış hərbi yazar) fəlsəfəsinə əsaslanan strategiyanın yerini bir az yenilənmiş forma tutur.

Dünya yeni müharibə mərhələsinə qədəm qoyur. Hansı ki, zamanında Karl Klauzevis (XIX əsrdə yaşamış hərbi yazar) fəlsəfəsinə əsaslanan strategiyanın yerini bir az yenilənmiş forma tutur. Əvvəlki strategiyada qloballaşma, dövlət sərhədlərinin silinməsi və milli maraqların ləğv olunması üçün koalisiyalar və dövlətlərin müharibəsi prisipi əsas götürülmüşdü. İndi isə ölçü bir az kiçilir və bu, regional müstəviyə keçir. Lakin sonuncu hədəf yenə əvvəlki olaraq qalır.

Dünyaya bütövlükdə hökm etmək istəyən Qərb yarımkürəsi regional müharibə müstəviləri yaradır.

Publika.az Rusiyanın "Hərbi kuryer" (Voenno promışlennıy kuryer) nəşrinə istinadən bu regionları və strateji planları təqdim edir.

"Böyük Orta Şərq", "Böyük Qafqaz", "Böyük Orta Asiya", "Böyük Avropa", "Kiyev Rusiyası". Qərbin həri-strateji layihələri siyahısına ilkin olaraq bunlar daxildir.

Hədəfə nail olmaq üçün müxtəlif dövlətlərin ərazisində yaşayan etnik qrupların birləşməsi prosesi aparılır. Bütün bu strategiyaların son hədəfi isə qloballaşma üçün şəraitin yaradılmasıdır.

Klauzevis fəlsəfəsinə görə, milli siyasətə qarşı ən rasional alət müharibədir. Lakin müasir müharibə tamamilə irrasionaldır.

Məşhur amerikalı publisist Pol Kreyq Roberts yazır ki, ABŞ Rusiyaya nüvə zərbəsi vurmağı planlaşdırır. Düşünür ki, bunun nəticəsində qalib gələcək. Lakin məntiqli düşünərkən, nüvə hücumunun mümkün obyektləri olan Rusiya və Çinin bunu sadəcə müşahidə etməyəcəyi məlumdur. Onlar Amerikaya qarşı genişmiqyaslı cəbhə açacaqlar. Amerika isə istəyir ki, onları məğlub etmək üçün zərbəni birinci vursun. Əslində, bu, məntiqdən olduqca uzaqdır.

Bu, Klauzevisin nəzəriyyəsini də arxa plana keçirir. Çünki başlanan müasir müharibə heç də ABŞ-ın milli maraqlarına uyğun deyil. Bu, fövqəlmilli strukturlara, daha doğrusu, Qərbdə hakimiyyəti ələ alan qlobal korparasiyaların xeyrinədir.

Milli orduların yerinə muzdlular

Müasir müharibə artıq milli ordularla deyil, muzdlu döyüşçülər və şəxsi cibə işləyən kəşfiyyatçılarla aparılır. Onlar müharibənin dayandırılmasında maraqlı deyillər. Nə qədər çox müharibə, o qədər çox pul deməkdir. Buna "özəlləşdirmə" deyilir. Bu, Klauzevisin daha bir prinsipini – dövlət-ordu-xalq- sıradan çıxarır. Klassik ənənəyə görə, qələbəni yalnız bu üçlük ittifaqı qazana bilər. İndi isə milli ordunun yerini "vasitəçilər" tutur. Qlobal kəşfiyyat şəbəkəsi daim müharibəni istəyir və burada xalqlar istismar olunur. Artıq maraq dövlət maraqları deyil.

ABŞ müxalifətin içində muzdlu qruplar yaradır

Misal üçün, ABŞ güclü hökumətləri zəiflətmək, məhv etmək üçün müxalifətin içində muzdlu şəbəkəni yaradır. Onlar artıq dövlət, yaxud siyasi maraqlara deyil, şəxsi və qlobal maraqlara xidmət edir. Və ABŞ ordusunun yerinə onlar döyüşür. Belə strategiya beynəlxalq hüquq sistemini darmadağın edir və milli qanunlar sistemi üçün problemlər yaradır. Lakin muzdlular konkret ölkəyə tabe deyillər. Onları kim idarə edirsə, hökmləri də o verir. Bu, həm də milli dövlətə beynəlxalq hüquqa əsaslanaraq müharibə elan etmək imkanı da vermir. Axı, müharibə kimə qarşı edilməlidir? Nəticədə, onun qarşısındakı öz daxilindəki muzdlulardır.

Və budur, ABŞ kəşfiyyatının "kölgəsi" adlanan "Stratfor"un rəhbəri Corc Fridman müharibə cəbhələrini bir-bir sadalayır.

O, hərbi, sosial elmlər və idarəetmə nəzəriyyəsinin sintezi əsasında yazdığı "Strategiya: tarix" məqaləsində yeni müharibə cəbhələrini işarələyir.

Artıq ABŞ rəhbərliyi Vaşinqtona nəzarət edən qlobal elitanın xeyrinə qlobal hakimiyyətin yaradılması strategiyasını yaxınlaşdırır.

Corc Fridman yazır ki, qlobal hakimiyyətin yaradılması üçün dünyada müharibə strategiyasının tətbiqi tələb olunur.

Ukrayna və Suriya-İraq cəbhəsi

Bu iki cəbhə bütün regionu alova bürüməyə yetərlidir.

"Ən vacib çağırışları nəzərə alaraq, vahid planın yaradılması ABŞ üçün əhəmiyyətlidir. Belə plan coğrafi ərazilərin təyini və siyasi-hərbi manevrlərin sürətlənməsinə əsaslanmalıdır. Bu planda ağırlıq mərkəzləri olmalıdır. Mənim üçün, Qara dəniz belə ağırlıq mərkəzidir. Qara dəniz strategiyası Gürcüstana və dənizin şərq sahillərinə geosiyasi əhəmiyyət verə bilər. Daha vacibi odur ki, bu, Azərbaycanı amerikan strategiyasında layiq olduğu səviyyəyə qaldırardı. Azərbaycansız Gürcüstanın geosiyasi "çəkisi" aşağıdır. Çünki Azərbaycan məntiqi olaraq Böyük Qara dəniz strategiyasının "şərq cəbhəsidir". Burada istənilən qarşıdurma, misal üçün, Qarabağda baş verə biləcək müharibə bütün regionun sabitliyini alt-üst edə bilər", - deyə Fridman qeyd edir.

Onun fikrincə, Böyük Qara dəniz strategiyasında ABŞ üçün Türkiyə və Rumıniya çox qiymətlidir: "Türkiyə Suriyada, İraqda, Qafqazda, Rusiyada, həmçinin, Ukraynada əsas faktor ola bilər".

Və Fridman yeni müharibə strategiyasının konturlarını açır.

"Bizə lazımdır ki, ABŞ ordusunun əvəzinə bizə sədaqətli olanlar vuruşsun".

Fridmanın sözlərinin analizi bu nəticəyə gəlməyə imkan verir.

"Böyük Qafqaz" layihəsində "Qarabağ müharibəsi" ssenarisi

Bu strategiya və onun hədəfləri dünyanı yeni müharibənin – bu dəfə daha böyük – bürüyəcəyini deməyə əsas verir. Misal üçün, "Qarabağda müharibə bütün regionun sabitliyini alt-üst edəcək" deyə fikir irəli sürən qərbli analitiklər həm də gələcək addımların proqnozunu verir. ABŞ Rusiyanın cənub sərhədini darmadağın etməyi, eləcə də "Böyük Qafqaz" hərbi-strateji layihəsini həyata keçirməyi planına Qarabağda müharibə ilə başlaya bilər. Yeni müharibə meydanı Ukrayna da ola bilər. Hansı ki, burada hərbi toqquşmalar dayanmayıb. Lakin yeni müharibə daha böyük və dəhşətli olacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm