Allahşükür Paşazadəyə FETÖ müraciəti
Bizi izləyin

Nida.az

Allahşükür Paşazadəyə FETÖ müraciəti

Fətullahçı terror təşkilatına (FETÖ) qarşı mübarizə məsələsi ilə bağlı Türkiyənin dini işlər üzrə naziri Mehmet Görmez 135 ölkəyə xəbərdarlıq məktubu göndərib.

Fətullahçı terror təşkilatına (FETÖ) qarşı mübarizə məsələsi ilə bağlı Türkiyənin dini işlər üzrə naziri Mehmet Görmez 135 ölkəyə xəbərdarlıq məktubu göndərib.

"Sabah" qəzeti xəbər verir ki, həmin ölkələr arasında Azərbaycanın da adı var. Məktubda deyilir:

"İyulun 15-də Türkiyədəki hərbi çevrilişə cəhd zamanı 241 nəfər şəhid olub, 2194 nəfər yaralanıb. Bu terror təşkilatı, təəssüflər olsun ki, tək Türkiyədə deyil, digər ölkələrdə də fəaliyyətini davam etdirir. Onlar bir çox qurumların tərkibində öz ideyalarını İslam, dinlərarası dialoq adı altında insanlara yeritməyə çalışırlar.

Türkiyəyə təsir edən bu dəhşətli hadisənin ölkənizə də təsir etməməsi üçün bu təşkilat ilə hər cür əlaqənizi sona çatdırmağın dostluğumuz və qardaşlığımız baxımından mühüm vəzifə olduğunu xüsusi vurğulamaq istəyirəm". (Teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm