
Səfər Əbiyev zamanında korpus komandirləri vəzifələrini tutmuş Çingiz Şəfiyev və Mahmud Həmzəyev qarşıdakı iki həftə ərzində istintaqa çağırılacaq.
Publika.Az xəbər verir ki, bu barədə məlumat “Doktirina” hərbi jurnalistlər birliyinə məlumat daxil olub.
Məlumata görə, araşdırma qrupu Şəmkir və Beyləqandakı hərbi
birləşmələrə başçılıq edən bu generalın Silahlı Qüvvələrdə mövcud
olan geniş miqyaslı yeyinti və mənimsəmələrdə rolunu aydınlaşdırmaq
istəyir. “Artıq keçmiş nazir Səfər Əbiyev haqqında kifayət qədər
informasiyalar yığılıb. Ölkənin siyasi rəhbərliyinin qərarı
gözlənilir”-deyə məlumatada deyilir.
Asif