Nida.az
Nazarbayevin müəmmalı xəstəliyi - Özbəkistanda uduzan ABŞ qazax taxtına göz dikib
Qazaxıstan prezidenti Nursultan Nazarbayev "xəstə yatağı"na düşdü. Rəsmi açıqlamada qazax liderin soyuq dəyməsinin olduğu deyilir. 76 yaşlı prezidentin gərgin iş rejimini və hazırda payız fəslinin olduğunu nəzərə alsaq, bunu təbii qarşılamaq olar.
Lakin "Röyters" agentliyinin "Nazarbayevin soyuqdəyməsi
"diplomatik xəstəlikdir" xəbəri məsələyə fərqli rakursdan baxmağı
vadar etdi. Hesab olunur ki, Nazarbayev KTMT-nin İrəvanda keçirilən
toplantısına qatılmamaq üçün özünü xəstəliyə vurub. Məsələ KTMT-nin
iclası yox, bu iclasın İrəvanda keçirilməsidir. Belə fikrin
yaranmasına səbəb isə Qazaxıstan qanunvericiliyinə görə, dövlət
başıçısının xəstəliyinin dövlət sirri olmasıdır. Yəni qazax
rəsmilərinin dövlət sirrini açması ortaya suallar çıxarır.
Nazarbayevin Azərbaycana sevgisi, prezidenti İlham Əliyevlə
şəxsi dostluğu və bunun fonunda işğalçı Ermənistana münasibəti onun
İrəvana getmək istəməməsinin səbəblərini aydınlaşdırır. Lakin bu,
özlüyündə ayrı mövzudur.
Burada ilk diqqət çəkən məqam Mərkəzi Asiya ölkələrində Kərimovun
ölümündən sonra liderlərin bir-bir xəstə yatağına düşməsidir.
Özbəkistanın mərhum prezidenti İslam Kərimov avqust ayının
sonlarında iflic keçirərək, xəstəxanaya yerləşdirildi. Oktyabrın
2-də onun ölümü rəsmi şəkildə təsdiqləndi.
Kərimovun ölümündən sonra Nazarbayevin sağlamlığı məsələsi gündəmə
gəldi. Burada iki məqam diqqət çəkirdi.
1. Kərimovun ölümündən təxminən bir il öncə Qərb
texnoloqlarının Mərkəzi Asiya ilə bağlı ssenarisi ortaya çıxdı.
Almaniyanın Elm və Siyasət Fondunun (SWP) analitiklərnin
qələmindən çıxan ssenariyə görə, Nazarbayev 81 yaşında (2021-ci
ildə) qəfil vəfat edir, qazax elitası parçalanır, müxalifət güclü
namizəd çıxarır və seçkidə qalib gəlir, seçkidən bir gün sonra
Şimali Qazaxıstanda (rusdilli əhalinin yaşadığı bölgə) etiraz
aksiyaları başlayır, Rusiya ölkəyə hərbi müdaxilə edir, Amerika işə
qarışır və Mərkəzi Asiya qarışır. Bununla da, Mərkəzi Asiya üçün
zaman-zaman gündəmə gələn "türk baharı" ssenarisi
gerçəkləşir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Bu, ssenari yayıldıqda olduqca absurd və xülya hesab
olundu. Hətta ssenaridə Mərkəzi Asiya bölgəsinin ələ keçirilməsinin
liderlərin ölümündən sonra mümkün olacağına dair inandırıcı
fikirlər belə onun legitimliyini təmin etmədi. Kərimovun xəstə
yatağına düşməsinə qədər hər şey belə davam etdi.
Avqustun 27-də Kərimovun iflic keçirdiyi xəbəri yayıldı. Hətta
həmin vaxt öldüyü də deyilirdi. Lakin rəsmilər ölüm xəbərini
açıqlamaq üçün ölkənin sabitliyini, dolayısı ilə hakimiyyətin
bölüşdürülməsini gözlədilər və 6 gün sonra ölümü təsdiqlədilər.
Lakin o da diqqətdən yayınmadı ki, Kərimovun xəstə yatağına
düşməsindən dərhal sonra Nazarbayev səhhətini yoxlatdırdı. Bununla
bağlı rəsmi məlumatda qazax liderinin özünü gümrah hiss etdiyi
deyilirdi. Nazarbayevi səhhətini müayinə etdirməyə nə vadar
etmişdi? Sakit səhra həyatını yaşayan Mərkəzi Asiyada nə baş
verirdi? Bu sualların cavabını axtararkən bölgədəki maraqlar,
xüsusilə ABŞ-Rusiya qarşıdurmasının detalları ortaya
çıxır.
2. "Mərkəzi Asiya bölgəsinin ələ keçirilməsinin
liderlərin ölümündən sonra mümkün olacağı..." fikri təsadüfi deyil.
İndi qədər bu bölgədə böyük güclərin heç biri qalib çıxmayıb.
Bununla yanaşı, kənardan gətirilən xaos ssenariləri də uğursuzluğa
düçar olub. Burada əsas amil məhz bölgə ölkələrinin liderlərinin
şəxsiyyətidir. Onların içində - Kərimov, Nazarbayev,
Berdimuhəmmədov, Atambayev və İmomali Rəhmon – qazax və özbək
lideri daha ön planda idi. Bu iki lider – Kərimov və Nazarbayev öz
ölkələri ilə yanaşı, həm də bütün bölgədəki sabitliyin qorunmasında
mühüm rol oynayırdılar. Bu bölgədə maraqları olanlar yalnız bu iki
liderin ölümündən sonra əl-qol aça bilərlər. Və Kərimov öldü. Növbə
Nazarbayevindirmi?
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Hələ Kərimov ölərkən bu suallar aktuallaşdı və indi
Nazarbayevin xəstələnməsi ilə yenidən gündəmə gəlir.
***
Kərimovun ölümü, Amerikanın Mərkəzi Asiyadakı maraqları və
amerikalıların Latın Amerikası liderlərinin üzərində sınaqdan
keçirdikləri "xəstəlik" təcrübələri fonunda türkmənbaşının Almaniya
səfəri də diqqət çəkdi. Sentyabrın 10-də (Kərimovun dəfnindən bir
həftə sonra) Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədov
Berlinə səfər etdi. Kansler Angele Merkellə mətbuat konfransında
onun mühafizəçilərinin masa üzərindəki suyu dəyişdirməsi
türkmənbaşının "zəhərlənmək" təhlükəsinə qarşı tədbir gördüyünə
dair informasiyaların yayılmasına səbəb oldu. Bu, nə dərəcədə
təsadüf ola bilərdi?
Nazarbayevin xəstələnməsi ilə gündəmə gələn məqamlar
fonunda diqqət çəkən əlavə amillər də var.
a) "Bir hadisə üçüncü dəfə baş verirsə, bunun təsadüf olmadığı
fikri önə çıxır". Mərkəzi Asiyaya doğru bu prinsipdən boylansaq,
baş verənlərin təsadüf olmadığı fikrini ön sıraya çıxarmaq
məcburiyyətindəyik.
- Kərimovun xəstəliyi onun həyatla vidalaşmasına səbəb oldu.
- Onun ölümündən təxminən iki həftə sonra BMT-nin Baş
Assambleyasının 71-ci sessiyasında iştirak etmək üçün Amerikaya
gedən Qırğızıstan prezidenti Almazbek Atambayevin səhhəti
İstanbulda hava limanında pisləşdi və o, səfərini təxirə saldı.
- Bu hadisədən yenə iki həftə sonra Nazarbayev xəstə yatağına
düşdü.
Bu ardıcıllıq qazax liderinin "soyuqdəyməsinin" böyük ssenarinin
bir hissəsi ola biləcəyi ehtimalını artırır.
b) "Qazaxıstan Prezidenti Nursultan Nazarbayev özünü kifayət qədər
yaxşı hiss edir".
Nazarbayevin qızı Dariqanın atasının səhhəti ilə bağlı bu
açıqlaması də Kərimovun qızı Lolanın sözlərinə necə də
bənzəyir.
Lola Kərimovanın atasının səhhətinin yaxşı olduğu ilə
bağlı açıqlamasından iki gün sonra İslam Kərimov gözlərini əbədi
yumdu. İndi Dariqa təxminən eyni sözləri deyir. Bununla bağlı əlavə
nələrisə demək çətindir. Lakin o da diqqətdən yayınmır ki,
Qazaxıstan qanunvericiliyində "prezidentin səhhəti dövlət sirridir"
maddəsini pozanlardan biri məhz Dariqa Nazarbayevdir.
Yəqin ki, bu müəmmalar uzun sürməyəcək.
Asif Nərimanlı
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu