“Azərbaycanda gizli olaraq rus pasportunu daşıyan ləzgilər var”- Putin gəlir - Şok
Bizi izləyin

Nida.az

“Azərbaycanda gizli olaraq rus pasportunu daşıyan ləzgilər var”- Putin gəlir - Şok

“Azərbaycanda gizli olaraq rus pasportunu daşıyan ləzgilər var”- Putin gəlir - Şok

“Azərbaycanda gizli olaraq rus pasportunu daşıyan ləzgilər var”- Putin gəlir - Şok

“Xaçmazda yaşayan bəzi ləzgilərin Azərbaycan pasportu ilə yanaşı, rus pasportları da var. Onlar Rusiya pasportunu gizli formada daşıyırlar”.

Bu şok açıqlamanı Moskvadakı Azərbaycan diasporunun adının açıqlanmasının istəməyən fəal üzvlərindən biri Publika.Az-a verib.

Qeyd edək ki, bu şəxs həm də Kremlə yaxın siyasətçilərlə intensiv əlaqələrə malikdir, hansı ki, azərbaycanlıların problemlərinin həll olunmasında yaxından iştirak edirlər.

Keçmiş SSRİ-i və çar İmperiyası dövründə Rusiya torpaqları sayılan ərazilərdə yaşayanlara rus pasportunun verilməsinin sadələşirilməsi ilə bağlı Vladimir Putinin sərəncamı haqda danışan mənbəmiz bildirir ki, bundan Azərbaycana qarşı geniş rıçaq kimi istifadə edəcəklər: “Bu gün təəssüflə qarşılansa da, ləzgi kartından istifadə edilir. Moskvada Ləzgi-federal muxtariyyətinə ermənilər də geniş dəstək verirlər. Bu muxtariyyətin başında Arif Kərimov dayanır ki, o həmişə Azərbaycan əleyhinə mövqedədir. Onun ətrafında bəzi institutlarda çalışan ləzgi elmlər namizədləri var və mütəmadi olaraq Azərbaycana qarşı tədbirlər keçirilər. Onların özlərinin xüsusi xəritəsi də var, bu xəritəyə görə Dağıstanın Cənub hissəsi ilə Azərbaycanın Şimal bölgəsi ləzgilərin dövlətidir. Xəritələrinə görə, Azərbaycanda Qəbələyə qədər onlarındır. Hesab edirlər ki, ləzgilərin dövləti kimi Dağıstanın Federal dairəsini yaratmalıdırlar. Həmişə ikiyə bölünmüş xalq məsələsini ortaya atırlar”.

Diaspor üzvü qeyd edib ki, Moskva həmişə bu kartdan istifadə edə bilər. Onun sözlərinə görə, bu məsələ Rusiyada dəyirmi masalarda müzakirə olunur, hətta Prezident hotelində də müzakirə obyektidir: “Rusiyada Federal Mədəni muxtariyyətlər Rusiya büdcəsindən maliyyələşir. Ləzgilər Azərbaycana qarşı tədbir keçirirlərsə deməli bundan Kremlin xəbəri də var”.

Mənbə bildirib ki, Rusiya Azərbaycandan vətəndaşlığından imtina edənlərin rəsmi qaydada çıxarılmasını gözləmədən onlara vətəndaşlıq verir: “Bizdə dəqiq məlumat var ki, Azərbaycanda gizli formada rus pasportunu daşıyan ləzgilər var. Rusiya onları Abxaziya və Osetiya, eləcə də Dnestryanıda olduğu kimi, lazımi günlərinə saxlayır. Lazım olan məqamda Azərbaycanda rus vətəndaşlarının ortaya çıxardacaq”.
Qeyd edək ki, Abxaziya-Osetiya və Dnestryanı münaqişələrinin əsas oxşarlığı qəbul rus pasportlu insanların ortaya çıxması idi. Belə ki, Rusiya müdaxiləsinə qədər bu bölgələrdə rus vətəndaşları yox idi. Lakin birdən-birə rus pasportlu vətəndaşların ortaya çıxması Kremlin ssenarini əvvəldən yazdığı qənaətini yaratdı. Görünür, Moskva eyni ssenarini Azərbaycan üçün də hazırlayır. Bu arada Kremlin ideoloqu Aleksandr Duqinin “Rusiya Azərbaycana qarşı əsasən ləzgi-talış kartından istifadə edəcək” açıqlaması da təsadüfi sayılmamalıdır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm