7 rayon niyə azad olunmadı? - Kəşfiyyat şefi Qarabağ planının detallarını açıqladı
Bizi izləyin

Nida.az

7 rayon niyə azad olunmadı? - Kəşfiyyat şefi Qarabağ planının detallarını açıqladı

“Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı düsturu tapmışdıq”.

"Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı düsturu tapmışdıq".

Publika.az
xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru Vyaçeslav Trubnikov Belarusun "baltnews" agentliyinə müsahibəsində deyib.

Qeyd edək ki, V.Trubnikov 1992-96-cı illərdə Xarici Kəşfiyyat Xidmətinin direktor müavini olub. Daha sonra o, xidməti direktor vəzifəsini icra edib. 2000-ci ildən etibarən isə 4 il ərzində xarici işlər nazirinin MDB üzrə müavini vəzifəsində çalışıb.

V.Trubnikov 2000-ci ildə ABŞ-ın Florida ştatının Ki-Uest şəhərində həmin vaxt Azərbaycanın prezidenti olan Heydər Əliyevlə Ermənistan prezidenti Robert Koçaryanın görüşündə yaxından iştirak edib.

Keçmiş kəşfiyyat şefi məhz Ki-Uest görüşündə ciddi irəliləyişin olduğunu açıqlayıb.

"Mən dörd il ərzində ATƏT-in Minsk qrupunun işində yaxından iştirak edirdim. Hansı ki, həmin vaxt Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin həlli prosesi gedirdi. Bu, çox çətin idi. Lakin Qarabağ münaqişəsi üzrə çox müsbət vəziyyət yaranmışdı. Mərhum prezidenti Heydər Əliyev və Ermənistanın keçmiş prezidenti Robert Koçaryan razılıq ərəfəsində idi. 2000-ci ilin aprelində biz Ki-Uestdə görüşdük. Biz düsturu tapmışdıq: Beynəlxalq Valyuta Fondunun maliyyəsi ilə Azərbaycandan cənuba, Ermənistandan isə Xankəndinə dəhliz yaradılacaqdı", - deyə o bildirib.

Trubnikovun dediyi məsələ həmin vaxt gündəmdə olan Pol Qobl planında öz əksini tapmışdı. Bu plana görə, Azərbaycandan Naxçıvana Mehr üzərindən dəhliz çəkilir. Laçın dəhlizi isə Ermənistana verilir. Ümumilikdə Laçın dəhlizindən savayı, Laçın rayonu da daxil olmaqla, işğal olunmuş digər rayonlar azad olunmalı idi. Lakin razılıq baş tutmadı.

Trubnikova görə, buna səbəb Azərbaycanın bir qarış torpağı da güzəştə getmək istəməməsi olub.

"Razılıq olsaydı, MDB-nin sülhməramlı qüvvələri münaqişə bölgəsinə daxil olacaqdı", - deyə o vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm