Nida.az
Üç böyük gücün Ermənistandan Qarabağ tələbi – Putinin adamı açıqladı
"Apreldə "dördgünlük müharibə"dən sonra bağlı qapılar
arxasında münaqişənin həlli ilə bağlı aktiv danışıqlar başlandı.
Danışıqlar masasında "Kazan düsturu" adlanan həll variantı var idi.
Lakin Ermənistanın daxilindəki siyasi vəziyyət bu razılıqların
reallaşmasına mane oldu".
Publika.az xəbər verir ki, bu barədə Rusiya İctimai
Palatasının üzvü, Kremlə yaxınlığı ilə tanınan politoloq Sergey
Markov "moscow-baku" portalına açıqlamasında deyib.
Onun sözlərinə görə, avqustun 10-da Moskvada Putin və Sarkisyanın
görüşündə münaqişənin həlli prosesi yeni mərhələyə keçməyə başladı:
"Azərbaycan rəhbərliyi qarşısına iki yol qoymuşdu. Ya aprel
müharibəsində olduğu kimi hərəkət etmək, ya da diplomatik
təşəbbüsləri aktivləşdirmək. Bu gün apardığımız müşahidələr onu
deməyə əsas verir ki, Bakı ikinci yolu tutub və sülh danışıqlarını
aktivləşdirmək qərarını verib. Hazırda görünən odur ki, Azərbaycan
rəhbərliyi daha çox sülh xarakterli bəyanatlarla çıxış edir.
Ermənistan isə danışıqları yavaşlatmaq cəhdləri edir. Prezident
İlham Əliyev konkret təkliflər irəli sürür, sonuncu dəfə Qarabağa
muxtariyyət statusu verə biləcəklərini açıqladı. Azərbaycan həm də
göstərir ki, o, müharibə yox, sülh istəyir".
S.Markov əlavə edib ki, bu gün həm Azərbaycan, həm də ATƏT-in Minsk
qrupunun həmsədrləri tərəfindən səslənən bütün bəyanatlar
Ermənistanı qərar verməyə məcbur edir: "Ermənistan rəhbərliyi
danışıqlar masasındakı təkliflərlə razılaşmır, çünki hakimiyyətlə
vidalaşacaqlarından qorxurlar. Həmsədrlər isə Ermənistana anlamağa
imkan verir ki, təkliflər tamamilə onun ziyanına deyil, əksinə
müsbət məqamlar var".
S.Markov diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi ABŞ, Avropa Birliyi və Rusiyanın mövqelərinin bir-birinə kifayət qədər yaxın olduğu nadir münaqişələrdəndir: "Bu baxımdan, Ermənistanın münaqişəni həll etmək istəməməsi bütün tərəfləri qıcıqlandıra bilər. Amerikalı həmsədr Ceyms Uorlikin regiona səfəri zamanı verdiyi açıqlamalar da buna mesaj idi. Amerikalı diplomat demək istəyirdi ki, erməni tərəfinin qeyri-konstruktiv addımları diplomatik prosesi dayandıra bilər. Belə olan halda isə onu iqtisadi sanksiyalar gözləyir. Çünki bu gün Rusiya, Avropa Birliyi və ABŞ Ermənistana iqtisadi yardımlar edir. İstisna deyil ki, onlar köməyi tədricən azaldacaq, beləliklə, ölkə rəhbərliyini danışıqlar masasına əyləşməyə məcbur edəcəklər. Əgər bunun əksi olacaqsa, o zaman aprel müharibəsi təkrarlana bilər".
Rusiyalı politoloq həmsədrlərin "bütün təklifləri paket
şəkilində müzakirə edilməlidir" açıqlamasında yeni heç nəyin
olmadığını vurğulayıb.
"Bu o deməkdir ki, rayonlar qaytarılacaq, əvəzində sərhədlər
açılacaq və Azərbaycan hərbi təşəbbüsləri kənara qoyacaq. Bölgədə
təhlükəsizlik ATƏT missiyası tərəfindən qorunacaq", - deyə o
diqqətə çatdırıb.
Asif
-
Magazin110:29
Azər Baxşəliyevin son durumu necədir?
-
Pul09:24
Azərbaycan manatının nominal effektiv MƏZƏNNƏSİ ARTDI
-
Dünya08:24
Çin Tayvana görə ABŞ-dan belə QİSAS ALDI
-
Magazin207:30
Yeni ildə eşqini elan etdi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO