O biri dünyadan verilən səslər Ağ evin sahibini “seçəcək” - - FOTOLAR
Bizi izləyin

Nida.az

O biri dünyadan verilən səslər Ağ evin sahibini “seçəcək” - - FOTOLAR

Noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərində demokratların namizədi Hillari Klintonun qələbəsini təmin etmək üçün saxta bülletenlər hazırlanıb.

Noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərində demokratların namizədi Hillari Klintonun qələbəsini təmin etmək üçün saxta bülletenlər hazırlanıb.

Publika.az
xəbər verir ki, ABŞ-ın yerli qəzetlərindən olan "Christian Times Newspaper" seçkidən əvvəl hazırlanmış bülletenlərin üzərində Hillari Klintonun adının işarələndiyini yazıb: "Ohaya ştatında yerli elektrik işçilərindən biri Hillari Klintonun adının yazıldığı bir neçə min bülleten tapıb".

Ohaya ştatının paytaxtı olan Kolumbus şəhərində elektrik sənayesində işləyən Rendal Prins anbar binalarının birində elektriki yoxlayarkən, üzərində "seçki bülleteni qutusu" yazılan qara yeşiklərlə qarşılaşıb.

O danışır ki, yeşikdən imzalanmış bülletenlər çıxıb: "Bütün bülletenlərdə demokratların nümayəndəsi Hillari Klintona səs verilmişdi".

Nəşr qeyd edir ki, bu tapıntı demokratların seçkini saxtalaşdırmaq niyyətlərindən xəbər verir.

"Ohaya ştatında vaxtından əvvəl səs vermə oktyabrın 12-dən başlayıb və tamamilə mümkündür ki, gizlədilmiş qara qutulardakı bülletenlər dövriyyəyə salınıb", - deyə məlumatda bildirilir.

Ohaya ştatında respublikaçıların namizədi Donald Tramp rəqibini üstələyir. Ehtimallara görə, Klinton saxta bülletenlərlə rəqibini geridə qoymaq istəyir.


"Christian Times Newspaper" seçkiyə həsr etdiyi digər məqaləsində artıq erkən səsvermədə "ölü can"ların səs verdiyini yazıb.

Qeyd edək ki, ABŞ seçki sistemində səsvermə günündən öncə erkən səsvermə təcrübəsi mövcuddur. 2012-ci ildə ABŞ-ın 32 ştatında erkən səsvermə hüququ qanunvericiliklə təsbit olunub. Erkən səsvermədə seçici seçki gününə bir ay qalmış səs verə bilər. Səsvermə elektron poçt vasitəsilə də aparılır. Ekspertlərə görə, erkən səsvermə seçkinin saxtalaşdırılmasında mühüm rol oynayır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Florida ştatında erkən səsvermədə qeydə alınan faktlar da bunu əyani şəkildə göstərir.

Ştatdan olan jurnalist Clif Stirevalt deyir ki, erkən səsvermədə fırıldaqlardan istifadə etmək potensialı yüksəkdir.

"İndiyə qədər olan seçkilərdə bununla bağlı müxtəlif faktlar ortaya çıxıb. Bu il isə erkən səsvermədə iştirak edənlərin ölmüş insanlar olduğu məlum olub", - deyə o bildirib.


C. Stirevalt "ölü can"ların seçkidə iştirakına dair 2012-ci il prezident seçkilərini xatırladıb.

2012-ci ildə Barak Obamanın ikinci dəfə prezident seçildiyi seçkilərdə Florida ştatında 53 min ölmüş insanın adından səs verilib. Bununla yanaşı, Amerika vətəndaşı olmayan 182 min insan da seçkidə iştirak edib.

Juralist qeyd edir ki, eyni sistem bu il də davam edir və seçkilərdə iştirak üçün ölmüş insanlar, eləcə də Amerika vətəndaşı olmayanlar qeydiyyata alınır.

Misal üçün Virciniyada yerli hökumətin araşdırmalarından məlum olub ki, bu il 20 ölmüş adamın adı səs vermək üçün yenidən qeydiyyata alınıb. Bununla yanaşı, 1000-dən çox qeyri-vətəndaş da səs vermək üçün qeydiyyata düşüb. Pensilvaniyada isə 43 mindən çox seçici iki dəfə qeydə alınıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm