“Kredit büroları haqqında” qanun layihəsi qəbul olundu
Bizi izləyin

Nida.az

“Kredit büroları haqqında” qanun layihəsi qəbul olundu

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Kredit büroları haqqında” qanun layihəsi II və III oxunuşlarda qəbul olunub.

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Kredit büroları haqqında" qanun layihəsi II və III oxunuşlarda qəbul olunub.

Publika.az xəbər verir ki, kredit bürolarının yaradılması maliyyə xidmətlərinə çıxışın genişləndirilməsinə xidmət edir.

Kredit büroları əvvəlki və potensial borcalanların tarixçəsi, ödəmə qabiliyyətinin qiymətləndirilməsinə imkan verən məlumat bazasının toplusudur. Büro kredit almaq istəyənin əvvəlki borcu, ödəmə qabiliyyəti ilə bağlı məlumatları özündə əks etdirəcək.

Qanun layihəsində qeyd olunur ki, kredit bürosu sorğunu aldığı gündən kredit hesabatını 3 iş günündən gec olmayaraq təqdim etməlidir. Kredit bürosunda xidmət haqqı büro ilə şirkət arasında bağlanan müqaqvilə əsasında tənzimlənəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm