Yerə mələklər enəcək, gələn il 2017 yox, 2015-ci il olacaq – HAMININ GÖZLƏDİYİ GÜN
Bizi izləyin

Nida.az

Yerə mələklər enəcək, gələn il 2017 yox, 2015-ci il olacaq – HAMININ GÖZLƏDİYİ GÜN

SSRİ-nin yenidən qayıdacağını deyirlər.

SSRİ-nin yenidən qayıdacağını deyirlər. (Putinin arzuları deyəsən çin olacaq). Əvəzində Amerika Yer üzündən silinəcək. 100 ildən artıqdır davam edən bu iki cəbhənin – biri Rusiyanın ruunda davam edir, o biri qırmızıların ittifaqını qəbrə sallayadan sonra təkqütblü dünya qurmaq istəyinin əsirinə çevrilib – mübarizəsini "siyasi dergi" (derbi: futbol oyununda əzəli rəqiblərin qarşılaşması) adlandıra bilərik. İndi deyilənlərə görə, vaxtilə "qırmızı kart" alıb gözləmə zalına göndərilən SSRİ-nin ruhu Rusiyanın bədənindən çıxaraq, yenidən yaşıl meydanlara dönür. Və əsil "derbi" bundan sonra başlayacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bunu deyən Edqar Keysdir (amerikalı öncəgörən).

"SSRİ yenidən birləşəcək, ABŞ yer üzündən silinəcək, Karib dənizində torpaq yaranacaq" – Keys hələ XX əsrin əvvəlində bu haqda danışırdı. Hansı ki, o vaxt SSRİ yenicə yaranmışdı və kimsə əsrin sonunda ittifaqın dağılacağını desəydi, ona ən yaxşı halda "başı xarab olub" deyərdilər. Amma Keysi belə qarşılamadılar, hətta Amerika həkimlər assosasiyası ona seanslar keçirmək üçün lisenziya da vermişdi. O, bütün bunlarə intiusiyaya əsaslanaraq deyirdi.

Onda...

"İkincisi başlamamışdı hələ,
atom bombası atılmamışdı
Xirosimaya..."
(Nazim Hikmət, "Vətən xaini").

II Dünya müharibəsi başlandı və bitdi. Nasistlər müttəhim kürsüsünə çıxarıldı, Berlin divarları dağıdıldı, SSRİ bir də Edqar Keysin dediyi vaxt "dirilmək" üçün "evdən çıxdı və bir daha geri qayıtmadı".

"Üzərində qırmızı köynək, başında tüklü papaq, əynində yamaqlı şalvar, ayağında "vetnanka", görənlərdən xahiş olunur, Movzaleya yaxınlaşsınlar..." – elanları verilsə də, hələ də mumyalanan Leninə heç kim xoş xəbər gətirməyib.

Əvəzində Böyük müharibənin qalibi Stalin oldu və illər sonra Publika.az yazdı:

"II Dünya müharibəsini Stalin başlayıb – ŞOK SƏNƏD".

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bütün bunlar artıq tarixdir. Tarix həm də "arxa cibinə doldurub saxladıqları" ilə də zəngindir. Elə II Dünya müharibəsində seks kölələrinin olduğu kimi...

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Və illər keçəcək, II dünya müharibəsinin başa çatmasından 20 il sonra dünyaya göz açan bir uşaq XXI əsrdə yarım milyon insanı qətlə yetirəcəkdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Tarix axtarış elanı verilən qırmızı imperiyanın bizə "qolçomaq" kimi sırıdığı Kərbəlayı İsmayılın əsil kimliyini də tanıdacaq, ermənilərə qan uddurmasından danışacaqdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

O ermənilər ki, Azərbaycan ərazilərini işğal edib və bu gün qaytarmağa məcbur edilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Və bir oktyabr günü müğənni Vüqar onun videosunu yayan ermənilərə sərt cavab verəcəkdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Deməli, erməni "dığalarından" biri iddia edir ki, Vüqarı Moskvada döyürmüşlər, o da azərbaycanlını xilas eləyib. Bizim Vüqar da virtual olsa da, onun cavabını verdi.

***

Yox hələ heç nə qurtarmayıb. Müharibələri, işğalları, elə lap Vüqarı da bir kənara qoyub, sizə bir az da qarşılaşdığımız hadisələrdən nəql edim. (oxucular onsuz da "nağılları" xoşlayır).

Xəbər yayıldı ki, Bakıda gənc qız özünü maşının altına atıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Səbəb... "səbəbi yox göz yaşlarımın". Son vaxtlar qızların intihar cəhdləri artmaqdadır. Təkcə bizdə yox, elə dünyanın özündə də qızlar bu cahana sığmırlar. Elə buna görədir ki, cinsiyyətini dəyişən kişilər özünə toy çaldırır, hələ bir fotosessiya eləyib yayırlar da.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

"Bu dünyanın axırıdırmı?" deyə sual yaranır. Dünyanın axırının olduğunu deyə bilmərik, amma toylarda təmtərağın deyəsən sonu çatıb. Daha bundan sonra toylarda içki içib, tort kəsə bilməyəcəksiniz.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Söhbət cinsiyyətini dəyişib ərə gedən kişinin vətəni olan Dağıstanın qonşusu Çeçenistandan gedir. Bu iki hadisə arasında bir bağlantının olması ehtimalı böyükdür.

Dünya yeyib-içmək, bir tikə çörək tapmaq, ərə getmək, evlənmək hayında olsun, sizə NASA-nın işindən-gücündən də danışaq. Kosmosa uçan NASA xəbər yayıb ki, gələn ay Yer kürəsi qaranlığa qərq olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu xəbər bütün dünyada ajiotajla qarşılansa da, bircə ərəblərə təsir etməyib. Şeyxlər öz keflərindədir. Deyəsən, onların evlənməkdən başqa heç bir işləri yoxdur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

***

Edqar Keysdən təsirlənən bir oxucumuzun dedikləri isə bütün xəbərləri kölgədə qoyur, bayaqdan yazdıqlarımızı da qatlayıb kənara tullayır. İntiusiyası güclü olduğunu iddia edən bu oxucu intiusiya haqda xəbəri oxuyandan sonra düşündüklərini bizimlə paylaşmaq qərarına gəlib. İstəyir ki, onun bu istedadını ictimaiyyətləşdirək. Adam deyir ki, "tarixin sonu çatıb. Artıq zaman geriyə işləyəcək. Misal üçün, gələn il 2017-ci il yox, 2015-ci il olacaq. Geriyə gedən tarix 2012-ci ilə çatanda – həmin tarixdə dünyanın dağılacağı ehtimalına xüsusi vurğulayır – göydən Yer üzünə mələklər enəcək, planeti "hanniballar" bürüyəcək, yeganə təmiz yer bizim gözəl ölkəmiz Azərbaycanımızın dağları qalacaq. Sağ qalanlar bu dağara çəkiləcək".

İntiusiyası güclü olan oxucu əlavə şeylər haqda da danışdı. Onun dediklərinə nə qulaq asmaq, nə də yazmaq üçün səbr qalmayıb. Son günlər səbrin qiyməti bahalaşdığı üçün bir az qənaət etməliyik. Amma bu da artıq faktdır ki, bizim oxucularımız son vaxtlar çox oxuduğu üçün belə şeylər ortaya çıxır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm