“Leyla Yunus Azərbaycan qadınına yaraşmayan hərəkət edir”
Bizi izləyin

Nida.az

“Leyla Yunus Azərbaycan qadınına yaraşmayan hərəkət edir”

“Leyla Yunus Azərbaycan qadınına yaraşmayan hərəkət edir”

“Leyla Yunus Azərbaycan qadınına yaraşmayan hərəkət edərək hüquq-mühafizə orqanlarına itaətsizlik göstərdi”.

Bu barədə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Publika.Az-a açıqlamasında Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun polisə qarşı müqavimət göstərməsinə münasibət bildirərkən deyib.

A. Mirzəzadə L. Yunusun ölkəni gizli şəkildə tərk etməsi cəhdi barədə deyib ki, onu iki ölkə səfirliyinin məsul əməkdaşlarının müşaiyət etməsi maraqlıdır: “Azərbaycan demokratik ölkədir, istənilən vətəndaş ölkəni sərbəst şəkildə tərk edə və qayıda bilər. Leyla Yunusun bu addımı isə onun özünü günahkar hesab etməsindən irəli gəlir. Digər tərəfdən ona və həyat yoldaşına iki saat ərzində Fransada yaşamaq üçün 5 illik viza hazırlanması da diqqət çəkəndir. Halbuki bunun üçün uzun müddət lazım gəlir. Leyla Yunusa Mirqədirovun işində ifadə verəcəyi üçün ölkəni tərk etməmək xəbərdarlığı verilmişdi. O isə buna əməl etmədi. Birinci reyslə ölkəni tərk etməyə cəhd etdi. Bütün bunlar sirli suallar yaradır. Hesab edirəm ki, hüquq-mühafizə orqanları bütün bunlara aydınlıq gətirəcək”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm