Sağ qalmaq üçün son şans, Qarabağda iki müharibə ssenarisi... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Sağ qalmaq üçün son şans, Qarabağda iki müharibə ssenarisi... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənilər Azərbaycan və Ermənistan arasında müharibə ssenarilərinin iki istiqamətdə ola biləcəyini deyirlər.

Ermənilər Azərbaycan və Ermənistan arasında müharibə ssenarilərinin iki istiqamətdə ola biləcəyini deyirlər. Türkiyə ordusu İraqa girmək üçün sərhəddə hazır vəziyyətdə gözləyir. Bağdad isə Türkiyə ilə müharibəyə hazır olduğunu bəyan edib. Rusiya Suriya müxalifətinə Hələbi tərk etmək üçün vaxt verib. Klinton isə deyəsən, vaxtından əvvəl sevinib.

"Azərbaycan Ordusu işğal altındakı Qarabağ ətrafı rayonların 1/3 hissəsinə nəzarəti ələ alıb".

Erməni rəsmilər bunu istəməyərək olsa da, etiraf ediblər. Hər şey apreldə "dördgünlük müharibə" zamanı Talış kəndini tərk edən ermənilərin hələ də geri qayıtmaması məsələsinin müzakirəsi zamanı ortaya çıxıb.Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Talışkəndini tərk etmiş ermənilərə səslənərək, onları geri qayıtmağa çağırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanla bağlı digər bir açı etiraf Erməni analitik İqor Muradyandan gəlib. Onun sözlərinə görə, Qarabağda mümkün müharibə zamanı Ermənistana heç kimin dəstək verməyəcək.

İqor Muradyan Azərbaycan və Ermənistan arasında müharibə ssenarilərinin iki istiqamətdə ola biləcəyini deyib: "Birincisi, iki ölkə arasında müharibə, ikincisi başqa ölkənin müdaxilə edəcəyi hərbi toqquşma".

Muradyan etiraf edir ki, hər iki halda Ermənistan təklənmiş olacaq.

"Birinci variantda, tərəflər müharibə aparacaq. Beynəlxalq ictimaiyyətin səyi nəticəsində tərəflər yenidən real danışıqlar üçün masaya əyləşə bilərlər. Lakin o da faktdır ki, Azərbaycan sürətli hücumla Ermənistana ciddi zərbələr vura bilər.

İkinci variantda, Türkiyə Azərbaycana hərtərəfli kömək edəcək və müharibəyə qoşulacaq. Bu zaman, NATO kənarda qalacaq. Bunun səbəblərindən biri də Ermənistanın NATO-ya məhəl qoymamasıdır. Misal üçün, bu gün erməni telekanalları NATO haqda heç bir xəbərə yer vermirlər, amma Rusiya ilə bağlı xəbərləri sevə-sevə təbliğ edirlər. Bu kimi faktorlar Ermənistanın NATO və ABŞ-dan təcrid olmasına və zəifləməsinə gətirib çıxarır. Azərbaycan isə bu şəraitdən yararlana bilər. Hazırda hərbi toqquşmaların yenilənməsi aktualdır. Belə görünür ki, Ermənistanda çoxları müharibənin məğlubiyyət ssenarisi ilə artıq razılaşıblar", - deyə o bildirib.

İqor Muradyan Ermənistan indiyə qədər ölkə ordusunun ruslara tabe edilməsi ilə bağlı çoxlu bağışlanmaz səhvlərə yol verildiyini deyib.

"C planı" dövriyyədə - Müharibə hər an başlaya bilər

İraq ətrafında baş verən hadisələr isə vəziyyətin daha da gərginləşəcəyindən xəbər verir. Ankara türkman şəhəri olan İraqın Telafer şəhərinə təhdid artdığı üçün "C" planını tətbiq etməyə hazırlaşır.

Plan soydaşları müdafiə etmək üçün birbaşa müdaxiləni nəzərdə tutur. Dünən Türkiyə İraqla sərhədə böyük miqdarda zirehli texnika və qoşunların əlavə kontingentini yeritməyə başlayıb. Məlumata görə, tanklar və zirehli texnika ölkənin cənub-şərqində yerləşən Şirnak vilayətinə doğru hərəkət edir. Texnika Türkiyənin mərkəzi vilayətlərindən daşınır.

Türkiyənin müdafiə naziri Fikri İşık da "hər ehtimala hazır olmalıyıq" deyib.

Dünən İraqın baş naziri Haydar əl-İbadi Bağdadın Ankara ilə döyüşmək istəmədiyini, ancaq buna hazır olduğunu söyləyib. "Türkiyənin İraqa hər hansı hücumu öz çöküşünə səbəb olacaq", - baş nazir deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Vəziyyət Suriyada da, daha doğrusu Hələb ətrafında getdikcə pisləşir. Rusiya Suriyanın Hələb şəhərindəki müxalifət güclərinə xəbərdarlıq edib.

Rusiya Silahlı Qüvvələrinin Baş qərargah başçısı Valeri Gerasimov noyabrın 4-də Hələbdə təşkil ediləcək "humanitar pauza"da müxalifətdən şəhəri tərk etməsini istəyib.

"Amerikalı həmkarlarımız müxaliflə terrorçuları bir-birindən ayıra bilmədiyi üçün Hələbdəki silahlı birləşmələrin liderlərinə hərbi əməliyyatlara son qoymağa və silahları ilə birlikdə şəhəri tərk etməyə çağırırıq", - Gerasimov deyib.

Onun sözlərinə görə, müxalifətin Hələbi tərk etməsi üçün iki dəhliz yaradılıb. Onlardan biri Türkiyə sərhədinə, digəri isə İdlib şəhərinə gedir. Gerasimov Suriya hökumət güclərinin bu dəhlizlərdən çəkildiyini vurğulayıb.

"Humanitar pauza" noyabrın 4-də yerli vaxtla saat 9.00-19.00 arasında olacaq.

Türkiyənin isə Suriya ilə bağlı öz planları var. Və Suriya müxalifəti bu planların həyata keçirilməsində Ankaraya dəstək verməyə hazırdır.

Suriyanın müxalifətinin liderlərindən olan Əbu Xattab "Yeni Şafak" nəşrinə açıqlamasında Tel Abyad, Münbiç və Rakka şəhərlərinin PYD və İŞİD terror təşkilatlarından təmizlənməsi üçün 30 min döyüşçü hazır olduğunu deyib.

2011-ci ildə Abdülkadir Saleh ilə birlikdə "Liva Tövhid" briqadasını quran Əbu Xəttabın sözlərinə görə, Türkiyənin liderliyi ilə başlayacaq yeni bir əməliyyatla Tel Abyad, Münbiç və Rakka 3 ay ərzində terrorçulardan təmizlənə bilər.

"Bir neçə gün ərzində 30 min döyüşçü bu əməliyyat üçün hazır vəziyyətə gətirilə bilər. Əgər Türkiyə Rakka, Haseke və Deyr Zor kimi bölgələrdə tayfa liderləri ilə müzakirələr aparsa, bu rəqəm asanlıqla 65-70 minə çatdırıla bilər", - o, bildirib.

Ukrayna cəbhəsində isə vəziyyət sakit görünsə də, baş verənlər fırtına öncəsi sakitliyə bənzəyir. Ukraynalı deputat, hərbi ekspert Dmitri Timçukun sözlərinə görə, Rusiya Rostov vilayətinin Ukrayna ilə sərhəd olan rayonlarına hərbi texnika yeridir.

O, bildirib ki, hərbi texnika daha çox Matveyev Kurqan, Zakadıçnoye, Krınka, Demidovka rayonlarına yerləşdirilir. O, bu texnikanın maskalanaraq gizlədildiyini və onlara üzərində tanınma nişanı olmayan hərbi formalı şəxslərin nəzarət etdiyini bildirib.

"Qubernatorlar üsyan qaldıracaq" – Putin İslam Kərimov kimi...

Rusiyanın daxili siyasətinə nəzarət edən prezident administrasiyasının başçısının birinci müavini Sergey Kiriyenko 2018-ci il prezident seçkisinə kimi bir neçə məsələni həll etməlidir.

Bu haqda Kremldəki mənbələrə istinadən RBK agentliyi yazıb.

Xüsusi halda, qubernatorları "sındırmadan" regionlarla daha yumşaq münasibətlərin qurulması ehtiyacından söhbət gedir. "Kremldə ehtiyat edirlər ki, iqtisadi böhran şəraitində separatizm baş qaldıra bilər", - RBK-nin həmsöhbətlərindən biri deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Klintona "Oktyabr sürprizi" - Yarış yenidən başladı

"Sən saydığını say, gör Tramp nə sayır". Bir neçə həftə əvvəl keçirilən sorğular keçmiş dövlət katibi, demokratların namizədi Hillari Klintonun ABŞ-da noyabrın 8-də keçiriləcək prezident seçkilərində asanlıqla qələbə qazanacağını göstərsə də, seçkilərə bir həftə qalmış vəziyyət 180 dərəcə dəyişib.

ABŞ prezidentliyinə namizədlər – demokrat Hillari Klinton və rəqibi respublikaçı Donald Trampın reytinqi arasındakı fərq seçkilərə bir neçə gün qalmış aradan qalxıb. "Washinton Post" qəzeti və ABC telekanalının keçirdiyi sorğuya görə, Tramp 46 faizlə Klintonu keçib. Rəyi soruşulanların 45 faizi isə keçmiş dövlət katibini dəstəklədiyini bildirib.

Həftələr əvvəl keçirilən rəy sorğularına görə, Klinton respublikaçı namizədi 12 faiz qabaqlayırdı. Klinton və Tramp arasındakı reytinq fərqinin sürətlə irəliləməsi "Oktyabr sürprizi" hesab olunur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

"Washinton Post" qəzeti və ABC telekanalının keçirdiyi sorğudan ilhamlanan Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski seçkilərin nəticələri ilə bağlı proqnozunu səsləndirib.

Jirinovski hesab edir ki, Tramp prezident seçkisində qalib gələcək. Onun sözlərinə görə, Trampın qələbəsi amerikalılar üçün uğur gətirəcək: "Tramp ABŞ üçün daha lazımlı şəxsdir. Biz bunu deyərkən öz maraqlarımızı nəzərdə tutmuruq".

Amerika Almaniyada xilafət yaratdı – ŞOK VİDEO

"Almaniya islam dövləti" haqqında videoçarx alman KİV-ində sərt reaksiya doğurub. Daha doğrusu, alman KİV-i videoçarxın arxasında Trampı "tapıb".

Videoda Almaniyanın müsəlmanların hakimiyyəti altında olacağı halda baş verəcək hadisələr yer alıb. Amerikanın mühafizəkar qeyri-kommersiya qrupu olan "Secure America Now" tərəfindən yaradılan videoçarxda, xüsusi halda, Brandenburq qapıları kimi Almaniyanın görməli yerləri təsvir edilib və onlarda İŞİD-in bayrağı asılıb. Videoçarxın müəllifləri "Oktoberfest" festivalından da yan keçməyiblər. "Secure America Now" versiyasına görə, tədbirdə spirtli içkilər qadağan ediləcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın daxili siyasəti, yəni prezident seçkiləri də Moskva-Vaşinqton gərginliyini arxa plana keçirə bilməyib.

Böyük Britaniya mətbuatına müsahibəsində ABŞ-ın dövlət katibi Con Kerri söyləyib ki, prezident Barak Obama Rusiyanın kiberhücumlarına cavab verilməsi haqqında qərar qəbul edəcək. Onun sözlərinə görə, Obama Rusiyaya cavab verilməsi haqqında qərarı öz vəzifəsini icra etdiyi müddətdə verəcək: "Bu qərarın qəbulu və ABŞ-ın necə hərəkətə keçəcəyi ola bilsin ki, sizə görünməsin. ABŞ yerində sakit oturub, olanları sakit seyr etmək fikrində deyil. Cavab veriləcək".

Qeyd edək ki, bundan öncə ABŞ vitse-prezidenti Cozef Bayden ölkəyə olan kiberhücumlara görə Rusiyaya çox sərt cavab veriləcəyini bildirib.

Kəbə işğal ediləcək – HÜCUM PLANI

İŞİD və İranın dəstəklədiyi husilər Kəbəni ələ keçirməyi planlaşdırır. Türkiyənin "Yeni Şafak" nəşrinin yazdığına görə, bu plan Qərb tərəfindən hazırlanıb. Məkkə savaşını başlatmaq istəyən xarici qüvvələr sünni-şiə qarşıdurması ilə fitili alovlandırmağı düşünürlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm