Nida.az
60 yaşlı AzTV - - FOTOLAR
Bu il Azərbaycan Televiziyasının (AzTV) 60 yaşı tamam olur. Bununla əlaqədar Heydər Əliyev Sarayında tədbir keçiriləcək.
AzTV-nin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatılacağı tədbir bu axşam saat 19-da baş tutacaq.
Qeyd edək ki, ölkənin efir məkanında parlayan ilk ulduz kimi yaddaşlara yazılan milli televiziyamız Azərbaycan Radiosundan 30 il sonra - 1956-cı ildə fəaliyyətə başlayıb. Azərbaycan Televiziyasının ilk efir gününü xatırlayanlar o həyəcanı yenidən yaşayırlar. Lakin kadrarxası proseslərdən yəqin ki, çoxlarının xəbəri olmayıb. Televiziyamızın tarixçəsi də onun özü qədər əhəmiyyətli, diqqəti çəkəndir. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanılıb. Bina üçün şəhərin ən hündür məkanlarından birində yer seçilib. Sonradan bu ünvan Mehdi Hüseyn 1 adlanıb. İnşaatçı və mütəxəssislərimizin rusiyalı həmkarları ilə birgə ərsəyə gətirdikləri telemərkəz 1955-ci ilin sonunda təhvil verilib.
1957-ci ildən Azərbaycan televiziyası həftədə beş dəfə efirə çıxıb və yalnız 1962-ci ildə gündəlik yayıma başlayıb. İldən-ilə təkmilləşən milli televiziyamız 2005-ci ilin yanvarından 24 saatlıq fasiləsiz yayıma keçib və həmin ilin martından fəaliyyətini Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti kimi davam etdirir.
Cəvahir
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...