Azər Həsrət: “HDP-çi deputatlar PKK-nın üzvü olan terrorçulardır”
Bizi izləyin

Nida.az

Azər Həsrət: “HDP-çi deputatlar PKK-nın üzvü olan terrorçulardır”

“Hətta Türkiyənin beynəlxalq aləmdə mövqelərini zəiflətmək üçün xəyanət yolu tutublar".

"Türkiyə hökumətinin Xalqların Demokratik Partiyasının (HDP) üzvü, əslində isə PKK terror təşkilatının üzvü olan deputatları tutması ən doğru, amma xeyli gecikmiş addımdır".

Bunu Publika.az-a açıqlamasında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, siyasi şərhçi Azər Həsrət bildirib.

A.Həsrət deyib ki, həmin deputatlar bütün çıxışlarında, görüşlərində açıq şəkildə vətəndaşı olduqları Türkiyə dövlətinə qarşı nifrətlərini bəyan ediblər: "Hətta Türkiyənin beynəlxalq aləmdə mövqelərini zəiflətmək üçün xəyanət yolu tutublar. Rusiya ilə Türkiyə arasında məlum böhran yaşanarkən, HDP sədri Səlahəddin Dəmirtaşın Moskvaya səfəri və açıq şəkildə Türkiyə əleyhinə fəaliyyəti də həmin xəyanətlərdən biridir. Son günlər və ona qədərki dövrdə Yaxın Şərqdə yaşananlar, insanların oğurlanması, dövlət qurumlarının terrora məruz qoyulması, dövlətə qarşı silahlı dirəniş kimi hallar HDP qılıqlı PKK-çı deputatların açıq dəstəyi ilə baş verib. Ona görə də Türkiyə onları zərərsizləşdirməkdə haqlıdır və biz də Azərbaycan olaraq bu işdə qardaş dövləti dəstəkləməliyik".

Xatırladaq ki, Türkiyədə toxunulmazlıq hüququnun ləğvi barədə Konstitusiyaya düzəliş qüvvəyə mindikdən sonra cinayət törətməkdə ittiham olunan, bu səbəbdən dindirilmələri üçün məhkəməyə çağırılan və gəlməyən Xalqların Demokratik Partiyasının (HDP) 12 deputatının həbsi barədə qərar icra olunub. Proses çərçivəsində HDP həmsədri Figen Yüksəkdağ Şenoğlu Ankarada, partiyanın digər həmsədri Səlahəddin Dəmirtaş isə Diyarbəkirdə saxlanılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm