Mövlud Çavuşoğlu: “Terrora dəstək verənlər mühakimə olunmalıdır”
Bizi izləyin

Nida.az

Mövlud Çavuşoğlu: “Terrora dəstək verənlər mühakimə olunmalıdır”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xalqların Demokratik Partiyasına (HDP) qarşı keçirilən antiterror əməliyyatından danışıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xalqların Demokratik Partiyasına (HDP) qarşı keçirilən antiterror əməliyyatından danışıb.

APA-nın məlumatına görə, nazir deyib ki, hamı hüquqa tabe olmalıdır və heç kim hüquqdan üstün deyil. Onun sözlərinə görə, toxunulmazlıqlarının ləğvindən sonra bəzi millət vəkilləri məhkəmələrə dəvət edilib. Müxalifət liderləri də başda olmaqla, əksər millət vəkilləri bu çağırışlara hörmətlə yanaşsalar da, HDP-çi deputatlar məhkəmə dəvətlərini rədd ediblər:

"Hüququn üstünlüyünə riayət ediriksə, hər kəs məhkəmə qarşısında ifadə verməli, məhkəmə qərarına hörmətlə yanaşmalıdır. Hüququn üstünlüyü budur. "Mən hüququ tanımıram, Türkiyə məhkəmələrini tanımıram, kimsə məni ifadə verməyə apara bilməz" desən, apararlar, ifadəni alarlar, sonra səninlə bağlı qərarlarını verərlər. Təəssüf ki, məsələni bu nöqtəyə özləri gətirdilər".

Mövlud Çavuşoğlu saxlanılan millət vəkillərindən bəzilərini PKK terror təşkilatına silah daşımaqda günahlandırıb. Onun sözlərinə görə, terrora dəstək verənlər mütləq mühakimə olunmalıdır. Nazir deyib ki, HDP-ni təmsil edən bələdiyyə sədrləri dövlət büdcəsindən ayrılan vəsaitləri PKK-ya ötürür:

"Bələdiyyə başçıları dövlət büdcəsindən, millətin vergiləri ilə formalaşan büdcədən ayrılan pulları PKK-ya ötürürlər. Millətə xidmət üçün alınan texnikadan PKK-nın bomba yerləşdirməsi, mina basdırması, çuxur, xəndək qazması üçün istifadə edilir".

Xarici işlər naziri Türkiyəni qınayan Qərb ölkələrinə də cavab verib. O, deyib ki, Avropa İttifaqı və bəzi ölkələr Türkiyəyə demokratiya dərsi keçməyə çalışsalar da, PKK-dan silahı yerə qoymağı tələb etmirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm