Elmar Məmmədyarov: “Ermənistan Dağlıq Qarabağ münaqişənin həllini ləngidir”
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov: “Ermənistan Dağlıq Qarabağ münaqişənin həllini ləngidir”

“Təəssüf ki, Dağlıq Qarabağ münaqişənin həllində ləngimə var”.

"Təəssüf ki, Dağlıq Qarabağ münaqişənin həllində ləngimə var".

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov italiyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Sankt- Peterburq görüşündən sonra irəliləyişə ümid var idi: "Bizdə ümid yaranmışdı ki, düz istiqamətdə işləyirik və nəticə ola bilər. Təəssüf ki, Ermənistan tərəfi irəliləyişə hazır deyil. Özləri də deyirlər ki, status kvonu dəyişməyə hazır deyillər. Hazırda Hamburqda görüş planlaşdırılır. Həmsədrlərin belə bir təklifi var. Azərbaycan tərəfi Hamburqda görüşə razılıq verib. İstəyərdim ümidverici söz deyim, amma görünür Ermənistan tərəfi məsələni ləngidir"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm