Nida.az
İtaliya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səy göstərməyə hazırdır
Azərbaycan ilə İtaliya arasında çox yaxın münasibətlər var.
Publika.az xəbər verir ki, bu sözləri noyabrın 7-də İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra birgə keçirdikləri mətbuat konfransında deyib.
Nazir Elman Məmmədyarov İtaliyanın neft-kimya sahəsində çoxlu şirkətlərinin nümayəndələrinin ölkəmizə gəldiyini bildirib. O, ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.
Azərbaycana ilk dəfə səfər etdiyini deyən Paolo Centiloni səfər çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın inkişafına dair səmərəli müzakirələr aparıldığını vurğulayıb. O, TANAP layihəsinin ölkələrimiz arasında yalnız enerji istiqamətində deyil, digər sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb.
Həmçinin, Azərbaycan və İtaliyanın xarici işlər nazirləri Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə ediblər.
Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda italiyalı həmkarı Paolo Centiloni ilə danışıqların yekunu üzrə brifinqdə deyib.
E.Məmmədyaov bildirib ki, İtaliya ATƏT-ə 2018-ci ildə sədrlik edəcək: "Mən xarici işlər nazirini münaqişənin həlli ilə bağlı danışıqlar prosesi haqqında məlumatlandırdım. Biz ikitərəfli və beynəlxalq əməkdaşlıq məsələlərinin geniş spektrini müzakirə etdik. Gündəlikdə enerji sahəsində əməkdaşlıq, "Made in Azerbaijan" brendinin İtaliyada təşviqi, parlamentlərarası əməkdaşlıq və digər məsələlər dururdu".
Öz növbəsində, İtaliyanın XİN rəhbəri qeyd edib ki, onun ölkəsi 2018-ci ildə ATƏT-ə sədrliyi dövründə münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üzrə səy göstərməyə hazırdır.
P.Centiloni bildirib ki, İtaliya ATƏT məkanında demokratik proseslərin inkişafına xüsusi diqqət ayırmaq
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!