
Azərbaycanda vəhhabilərlə qarşı daha bir əməliyyat keçirilib.
Publika.Az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, dünən gecə Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində xüsusi təyinatlılar vəhhabilərə qarşı əməliyyat keçirib.
Məlumata görə, radikal vəhhabilər mikrorayon ərazisində yerləşən “Şərq bazarı” yaxınlığında bir evə toplaşırmışlar.
Onların məscidlərə getmədiyi, çayxanalarda, ictimai yerlərdə təbliğat apardılığı deyilir. Əsas ehtimal bu qruplaşmanın Suriyaya gedənlərlə əlaqəsinin olmasıdır. Məlumata görə, əməliyyat nəticəsində qruplaşma zərərsizləşdirilib.
MTN-nin mətbuat xidmətinin rəhbəri Arif Babayev Publika.Az-a açıqlamasında bildirib ki, onlarda belə məlumat yoxdur.
“MTN belə bir əməliyyat keçirməyib”-deyə nazirliyin sözçüsü
xəbəri təkzib edib.
Asif