Ermənilərin iştirakı ilə keçirilən konfransda Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu
Bizi izləyin

Nida.az

Ermənilərin iştirakı ilə keçirilən konfransda Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu

Azərbaycan və Ermənistan prezidentlərinə, xalqlarına ünvanlanan müraciətdə qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır.

"Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfransın iştirakçıları adından müraciət qəbul edilib.

APA-nın məlumatına görə, Azərbaycan və Ermənistan prezidentlərinə, xalqlarına ünvanlanan müraciətdə qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır.

Bəyanatda vurğulanıb ki, 2016-cı ilin aprelində baş verən hadisələr müharibə riskinin böyük olduğunu göstərib: "Hərbi məqsədlə xərclənən vəsaitlər insanların rifahının yüksəldilməsinə yönəldilə bilər. Ermənistan və Azərbaycan xalqları bu gərginliklərdən yorulub. Artıq kiminsə kənardan gəlib bizə kömək edəcəyi fikrindən əl çəkməliyik. Bu konfrans nəticəsində ortaq addımlar atmaq qərarına gəldik. Münaqişənin sülh yolu ilə həlli üçün müvafiq şərait var, konstruktiv addımlar atılmalıdır. Münaqişənin sülh yolu ilə həlli Azərbaycan və Ermənistanın iqtisadi inkişafına təkan verəcək. Bu da xalqlar arasında sülhün möhkəmləndirilməsinə təkan verəcək. Ermənistan işğal etdiyi əraziləri boşaltmalı, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdır".

Bəyanatda nəzərə çatdırılıb ki, Azərbaycanda 30 min erməni rahat yaşayır: "Ermənilərin Azərbaycanda sülh şəraitində yaşaması üçün heç bir maneə yoxdur. Ermənilərlə azərbaycanlıların birgə yaşamasının mümkünsüzlüyü ilə bağlı fikirlər rədd edilməlidir. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa yüksək muxtariyyət verilməsi ideyası nəzərə alınmalı, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoquna üstünlük verilməlidir. Bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. Helsinki Yekun Aktı nəzərə alınaraq, addımlar atılmalı və Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm