Nida.az
Qamət Süleymanov agent ittihamlarından danışdı: “Mənə dəfələrlə sui-qəsd olub”
“O kəslər ki, bu cür fikirli adamlara qarşıdır, onlara görə həmin kəs hansısa ölkənin agentdidir. Onların yanaşmasına görə, agent olmamaq üçün mütləq onların dediyini deməlisən”.
Bu barədə “Əbu-Bəkr” məscidinin imamı Qamət Süleymanov Publika.Az –a açıqlamasında Suriyada döyüşən azərbaycanlı mücahidlərin onu Səudiyyə Ərəbistanının agenti adlandırmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, internet aləmi açıq olduğu üçün kim nə istəyir yazır, nə istəyir danışır. O, bu cür sözlərə fikir verməməyi tövsiyə edib.
Q. Süleymanov qeyd edib ki, tənqid etdiyi radikal fikirli
şəxslər tərəfindən ona qarşı dəfələrlə sui-qəsd olub.
“2008-ci ildə məscidi partladanlar da onlar idi. Ondan əvvəl də
mənə qarşı dəfələrlə bu cür hərəkətlərə yol verilib. Hazırda
sakitlikdir, amma məsələ açıq qaldığı üçün bu cür fikirlər hələ də
var. Amma əlhəmdüllah nə də olsa biz öz mövqeyimizdə, öz
fikrimizdəyik”-deyə sələfilərin lideri bildirib.
Qeyd edək ki, Suriyada döyüşən azərbaycanlılar Qamət Süleymanovu Səudiyyə ərəbistanına agentlik etməkdə ittiham ediblər.
“Süleymanov Səudiyyə Ərəbistanında ilahiyyat fakültəsini
bitirdikdən sonra Azərbaycana gələrək özlüyündə İslama dəvət
fəaliyyətinə başlayıb. Lakin qısa zamandan sonra azərbaycanlı
müsəlmanlar tərəfindən “islama deyil, Səudiyyə siyasətinə, onların
mənfəətlərinə və maraqlarına çalışır” deyə tənqidlər yağmağa
başladı. Beynəlxalq müstəqil araşdırmaçılara görə, Səudiyyə rejimi
dünyada xüsusilə kasıb ölkələrdən gələn tələbələrə təhsil verib
beyinlərini doldurduqdan sonra onlara bəzi imkanlar yaradaraq
gəldikləri ölkələrə göndərir, öz siyasətlərini həyata keçirmək üçün
bir növ qeyri-rəsmi konsul kimi işlədir. Xüsusilə vurğulamaq
lazımdır ki, Körfəz ölkələrinin ən zəngini və ABŞ-ın ən yaxın
müttəfiqi olan Səudiyyə Ərəbistanı illərdir ölkəni atadan oğula
keçmə sistemi ilə idarə edir, krallıqlarına qarşı çıxanları isə
sərt cəzalandırır. Bunu da özlərinin yetişdirdiyi “saray alimləri”
olan bəzi din adamlarının fətvası ilə qanuniləşdirir. Bütün dünyada
Əhli sünnət vəl camaatın müdafiəçiləri o alimlərdir deyərək, bunu
da Qamət Süleymanov kimilərin əli ilə ictimaiyyətləşdirir. Kimi
dəstəkləmək lazımdırsa, onun kimilərin dili ilə bu həyata
keçirilir”-deyə mücahidlərin saytında bildirilir.
Asif
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir