Nida.az
“Xalq diplomatiyası”ndan qaranlıq məqsədlər üçün istifadə edilir”
“Münaqişə tərəfləri arasında aparılan danışıqlarda irəliləyiş olmadığı halda prosesə ciddi detal kimi əlavə etməyə çalışdıqları “xalq diplomatiyası”nın effekt verəcəyini düşünmürəm. Bu günə qədər də ortada bu fikri əsaslandırmağa şərait yaradan bir çox hallar var”.
Bu barədə Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Publika.Az -a açıqlamasında deyib. Onun sözlərinə görə, bu amil prosesdə kiçik bir istiqamət ola bilər: “Yalnız o zaman bundan danışmaq olar ki, ortada bu və ya digər razılaşma, irəliləyiş olsun və bu irəliləyişi gücləndirmək, birgə yaşayışı, xalqlar arasında əməkdaşlığı müzakirə etmək üçün bu rıçaq işə düşsün. Ortada hansısa irəliləyişlər olmadığı halda, “xalq diplomatiyası” nə verə bilər? bütün bunlara kompleks şəkildə yanaşmaq və ümumi prosesin bir hissəsi kimi qiymət vermək lazımdır. Ayrılıqda bu heç bir effekt vermir, hansı ki, faktlar da bunu sübut edir”.
B. Muradova qeyd edib ki, hazırki vəziyyətdə bu daha çox Ermənistanın xeyrinə işləyir.
“Halbuki, belə bir görüntü yaradılmasına baxmayaraq, insanlar
arasında görüşlərin keçirilməsində, icmaların yaxınlaşmasına
ermənilər də konstruktiv mövqe nümayiş etdirmirlər. Sadəcə olaraq
beynəlxalq təşkilatların, bu və ya digər fondların layihələri
çərçivəsində “xalq diplomatiyası”na dəstək verməyə meylli mövqe
nümayiş etdirməyə çalışırlar. Bu da dünya ictimaiyyətini aldatmağa
yönəlib. Dünya ictimaiyyəti isə bunu görür və aldanmır. Bu proses
yalnız Leyla Yunus kimi adamlara və belə adamların mövcud
olmasından istifadə edən dairələrə lazım ola bilər. lakin bunun
danışıqlar prosesində heç bir təsiri yoxdur. Bundan yalnız bəzi
dairələrin imitasiya etməsi, görüntü yaratması və digər qaranlıq
məqsədləri üçün istifadə edilir”-deyə vitse-spiker vurğulayıb.
Asif
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK