Nida.az
“Amerika baharı”, çevriliş planında erməni barmağı... - GÜNÜN SİYASİ XÜLASƏSİ
Son günlər dünyanın gündəmində olan bir nömrəli mövzu ABŞ-da keçirilən prezident seçkilərinin nəticələridir. Dünya KİV-i seçkilərin qalibi olan Donald Trampın seçki kampaniyasında verdiyi vədləri yerinə yetirib-yetirməyəcəyini müzakirə edir. Trampın seçilməsinə qarşı etiraz aksiyaları ABŞ-ın bütün ərazisini əhatə edib. Mixail Saakaşvili hakimiyyət uğrunda mübarizəyə atılıb. Kiyev Kremlin Ukrayna ilə bağlı planını açıqladı.
Amerikada "rəngli inqilab" başlayır – BUMERANQ
Amerikada prezident seçilən Donald Trampa qarşı
etiraz aksiyaları davam edir. Ölkənin müxtəlif
yerlərində keçirilən aksiyalara minlərlə insan qatılıb. Etirazlar
Nyu-York başda olmaqla, Vaşinqton, Baltimor, Filadelfiya,
Los-Anceles, San Fransisko və Oakland kimi böyük şəhərlərdə
keçirilir.
Küçələrə çıxan minlərlə insan "Mənim prezidentim deyil"
plakatlarını daşıyırlar.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Hillari Klinton tərəfdarları isə hələ də keçmiş dövlət katibinin prezident olacağına ümid edirlər. "Change.org saytında" Hillari Klintonun ABŞ prezidenti seçilməsi üçün elektron xahiş (petisiya) dərc edilib.
Müraciətin müəllifləri Seçicilər Kollegiyasını 19 dekabrda nəzərdə tutulmuş formal səsvermədə demokrat Hillari Klintona səs verməyə çağırıb. Müraciətin müəllifi qeyd edir ki, siyasətçi ABŞ sakinlərinin daha çox səsini toplayıb. Mətndə iddia edilir ki, Ağ Evi başqa namizədə vermək hələ mümkündür.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Kremlin planında erməni faktoru – ÇEVRİLİŞ HAZIRLANIR
ABŞ-da Donald Trampın prezident seçilməsinə sevinən Rusiya qonşu Ukraynada da başqa rəhbərliyi görmək arzusundadır. Ukrayna Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaxın günlərdə Rusiya xüsusi xidmət orqanlarının Ukraynada qeyri-stabillik yaratmaq üzrə planlarını açıb.
Ukrayna Təhlükəsizlik Xidmətinin departament müdiri Anatoli Dublik bildirib ki, Rusiya Ukraynada yeni Maydan hazırlayır. Onun sözlərinə görə, aksiyaların hədəfi Ukraynada növbədənkənar parlament seçkilərinin keçirilməsidir. "Bu seçkilərdə hakimiyyətə Moskvanı dəstəkləyən siyasətçilər gəlməlidir", - deyə o, bildirib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili isə yeni partiyanın yaradıldığını elan edib.
"Biz yeni və geniş siyasi güc, yeni güclərin platformasını yaradacağıq. Növbədənkənar parlament seçkilərinin keçirilməsi və mövcud rejimin dəyişdirilməsi partiyanın hədəfi olacaq", - deyə Saakaşvili bildirib.
O, həmçinin deyib ki, yeni siyasi güc başqa siyasi güclərlə bloklara daxil olmayacaq. Saakaşvli Ukraynadakı siyasi spektrin praktik olaraq tamamilə çürüdüyünü deyib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Daha əvvəl isə Mixail Saakaşvili bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenko ona "Pyotr Poroşenkonun Bloku" partiyasının lideri və ölkənin baş naziri olmağı təklif edirdi.
Lakin Saakaşvili bu postlardan imtina edib. Saakaşvilinin sözlərinə görə, Pyotr Poroşenko "Pyotr Poroşenkonun Bloku"nun başçısının müavini Aleksey Qonçarenkonun arxasınca qaçmaq və ondan qanunlara səs verməyi xahiş etmək istəmirdi.
Rusiya baş nazirə sui-qəsd cəhdinə görə üzr istədi
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının başçısı Nikolay Patruşev rus millətçilərinin Çernaqoriyada çevriliş cəhdi və ölkənin baş nazirinə sui-qəsd planlarına görə üzr istəyib.
Bu haqda Serbiya hökumətindəki mənbəyə istinadən "The Guardian" yazıb.
Noyabrın əvvəlində Çernaqoriya prokurorluğu elan edib ki, rus milətçilərinin baş nazir Milo Cukanoviçə sui-qəsdinin qarşısı alınıb. Hakimiyyətin məlumatına görə, həmin qrup ölkə parlamentini hücumla almağa hazırlaşırdı. "The Guardian" əlavə edir ki, sui-qəsdçilər polis adı altında binaya girməyi planlaşdırırdılar.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Səlahiyyət müddətinin başa çatmasına bir il qalmış Fransa prezident Fransua Olland impiçment oluna bilər.
Fransa Milli Məclisi (parlamentin aşağı palatası) noyabrın 10-da Fransa prezidentinə impiçment haqqında qətnamə layihəsini göndərib. Milli Məclisin sədri Klod Bartalonenin göndərdiyi sənəddə deyilir ki, layihə Respublikaçılar Partiyasından 79 deputatın dəstəyini alıb. Konstitusiyanın 68-ci maddəsinin müddəalarına uyğun olaraq, qətnamə layihəsinə Milli Məclis tərəfindən baxılması üçün 58 səs kifayətdir.
Bildirilir ki, layihənin hazırlanmasının səbəbi prezident Ollandın "öz səlahiyyətlərini ciddi şəkildə pozması" və "dövlət sirrinin qorunması sahəsində buraxdığı səhvlər"dir.
Qətnamə layihəsinin surəti ölkənin baş nazirinə də göndərilib.
"Bu yay Türkiyə qarışacaq, ora getməyin". Bu təlimatıFETÖ lideri Fətullah Gülən 15 iyul dövlət çevrilişinə cəhddən öncə tərəfdarlarına verib.
FETÖ-nün Almaniyadakı üzvlərindən biri anonim ad altında mediaya
danışıb ki, 15 iyuldan öncə Gülən onlara təlimat göndərib. "Aprel,
may və iyun aylarında aparılan bütün söhbətlərdə, keçirilən bütün
toplantılarda xəbərdarlıqlar edilirdi. Xüsusilə camaatın yüksək
səviyyəli üzvləri "Hoca əfəndi" Türkiyə bu yay qarışacaq, ora
getməyin" deyir. Heç kim bu yay Türkiyəyə getməsin" dedilər. Bu
təlimatdan sonra heç kim Türkiyəyə getmədi", - deyə o,
bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Avropanı
hədələyib. Prezident"Əl-Cəzirə" kanalına
müsahibəsində ölkəsində hazırda 3 milyon qaçqının olduğunu, onların
Avropaya gedə biləcəyini vurğulayıb: "Biz 3 milyon qaçqını
saxlayırıq və Avropa İttifaqı Türkiyəyə dəstək verməlidir. Bu
qaçqınlar Avropaya getsə, Avropa çaşıb qalar. Hazırda 100 qaçqını
qəbul edə bilmirlər".
Ərdoğan Avropa İttifaqının üzərinə götürdüyü vəsaiti də Türkiyəyə vermədiyini xatırladıb.
Ömər Dağlı
-
Magazin203:35
Qorbaçovu, Stalini və Çörçili canlandıran aktyor vəfat etdi
-
İdman02:43
Onu axmaq yerinə qoydular: Deşam Mbappedən qisas alır?
-
Magazin102:19
Aygün Bəylərin abidəsi ucaldıldı - FOTO
-
Qoroskop00:16
Günün qoroskopu: axşam saatlarını evdə keçirməyin!
-
ABŞ13 Noyabr 22:56
Melaniya Tramp Ağ Evdə yaşamaq istəmir - SƏBƏB
-
Hadisə13 Noyabr 22:32
Bakıda 63 yaşlı məhkəmə hakimi futbol oynayarkən öldü - FOTO
-
İdman13 Noyabr 22:20
“Qarabağ” Avropa klublarını COP29 üçün Bakıya gətirir
-
Magazin113 Noyabr 21:57
Efirdə Əməkdar artistə ata olacağını dedikləri üçün cəzalandırıldılar