Aslan İsmayılov Leyla Yunusu qınadı, müxalifəti ittiham etdi
Bizi izləyin

Nida.az

Aslan İsmayılov Leyla Yunusu qınadı, müxalifəti ittiham etdi

Aslan İsmayılov Leyla Yunusu qınadı, müxalifəti ittiham etdi

Tanınmış hüquqşünas Aslan İsmayılov Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusu qınayıb.

Publika.Az xəbər verir ki, A. İsmayılov “facebook” səhifəsində bu barədə statusunda Səməd Vurğundan sitat gətirərək “Arxalıya arxa durma deyəcəklər yamaqdı, Arxasıza arxa dur ki, qoy desinlər dayaqdı”, deyə yazıb.

Daha sonra o, bir sıra hadisələri sadalayaraq QHT-lərin, ziyalıların, müxalifətin susmasına diqqət çəkib: “Heç kimdən xəbər çıxmadı. Əksinə buna görə güvəndiyimdən gileyləndiyim dostlar mənə narazılıqlarını bildirdilər. Hərçənd ki, bu etirazı haqq etməmişdim. Yeganə istədiyim birinci növbədə ehtiyacı olanlara kömək etməyə çağırmaq idi. Leyla Yunus ətrafında baş verənlərə siyasi partiyaların, QHT-lərin, ziyalıların münasibəti bir daha qənaətimdə haqlı olduğumu göstərdi. Leyla Yunusun beynəlxalq təşkilatlar, ölkədəki diplomatik korpusun təşkil etdikləri müdafiəyə ölkə daxilində qoşulmamış təşkilatlar qalmadı. Nə olardı bu müdafiənin cüzi bir hissəsi kimsəsizlərə də göstərilərdi”.

Hüquq müdafiəçisi qeyd edib ki, “bu yazının onsuz da məni yer üzündən silməyə hazır olanların siyahısını artıracağına şübhə etmirəm: “Ancaq nə edim ki, “siyasətçi” olmağı bacarmıram.

Eynulla Fətullayevi vaxtilə müdafiə etmədiyimə görə məni çarmıxa çəkənlər, sonra isə onun rəhbəri olduğu saytlara müsahibə verdiyimə görə məni dostluqdan silənlər haydı, durmayın. Sizlər üçün “düşmənimin düşməni mənim dostumdur” şüarı, “Vətən hamımızındır” kəlamından daha vacibdir!”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm