Tramp faktoru və cəbhədən İrəvana Qarabağ XƏBƏRDARLIĞI
Bizi izləyin

Nida.az

Tramp faktoru və cəbhədən İrəvana Qarabağ XƏBƏRDARLIĞI

Ali Baş Komandanın səfəri bölgədə sosial-iqtisadi infrastrukturun yaradılması ilə yanaşı, həm də düşmənə mesaj idi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ötən şənbə günü cəbhə bölgəsinə səfər etdi. Ali Baş Komandanın səfəri bölgədə sosial-iqtisadi infrastrukturun yaradılması ilə yanaşı, həm də düşmənə mesaj idi.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar faktiki olaraq yenidən dalana dirənib. Aprel döyüşlərindən sonra münaqişənin həlli ilə bağlı ciddi proseslər başlansa da, sonradan geostrateji mənzərə fonunda bu, arxa plana keçdi. Ermənistan da yaranmış vəziyyətdən istifadə edərək, təcili qeyri-konstruktiv mövqeyinə qayıtdı. Lakin Bakının bununla razılaşmayacağı məlumdur.

"Azərbaycan işğal altındakı ərazilərini qaytarmaq üçün danışıqlarla birgə, müharibəni də istisna etmir".

Ali Baş Komandanın cəbhə bölgəsinə səfərinin əsas mesajı da bu idi. Xüsusilə, dövlət başçısının "Lələ Təpə kimi hələ çox uğurlu əməliyyatlar keçiriləcək" deməsi də bunu göstərir.

Ermənistanı qorxuya salan da məhz bu sözlər, həmçinin, Azərbaycan liderinin bölgəyə hərbi formada səfər etməsi idi. Bunun fonunda Azərbaycan Ordusunun 60 minlik şəxsi heyət, hərbi texnika və döyüş təyyarələrinin də qatıldığı genişmiqyaslı təlimlərə başlaması düşmənin qorxularını artırır. Bu, Ermənistan mediasının yazdıqlarında da öz əksini tapır.

Publika.az xəbər verir ki, "Lragir" saytı Azərbaycan Prezidentinin cəbhəyə hərbi formada səfərinə diqqət çəkərək, Ermənistan prezidentinin qorxaq olduğunu yazıb.

"Sankt-Peterburq görüşündən sonra Serj Sarkisyan mülki geyimdə cəbhəyə və aprel döyüşlərində Azərbaycan Ordusunun aldığı ərazilərə baş çəkdi. Azərbaycan prezidenti isə artıq ikinci dəfədir ki, cəbhə bölgəsinə hərbi formada səfər edir. Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini münaqişəyə yönəltmək üçün lazımi addımlar atır, ərazilərin qaytarılması ilə bağlı işlər görür. Bəs Sarkisyan nə edir?" – deyə sayt yazıb.

Bununla yanaşı, ABŞ-da respublikaçı Donald Trampın qələbə qazanması da Ermənistanda təşviş yaradıb.

"Trampın qələbəsi Qarabağ məsələsində Ermənistan üçün pis nəticələrə səbəb ola bilər".

Bu haqda erməni politoloq Stepan Safaryan deyib.

Onun sözlərinə görə, Amerika Qafqazda Azərbaycan və Gürcüstanla işləyir: "Ermənistana isə dövlət səviyyəsində diqqət az olub. Biz yenə mənfi nəticələrlə rastlaşırıq".

Safaryan qeyd edib ki, respublikaçılar sərt siyasətin tərəfdarıdırlar.

"Xüsusilə İranla bağlı sərt siyasət yürüdüləcək. Bu, ilk növbədə İranla münasibətlərə malik olan Ermənistana da zərbə vuracaq. Belə olan halda, Ermənistan Rusiyanın təsirinə daha çox düşəcək. Bu isə ən əsası Dağlıq Qarabağ məsələsində neqativ nəticələrə gətirib çıxaracaq", - deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm