Qarabağda gizli müharibə planı, Putinin “yeni era”sı... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Qarabağda gizli müharibə planı, Putinin “yeni era”sı... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ordumuz Naxçıvanda da hərəkətə keçib.

Rusiya prezidenti Vladimir Putinin Ermənistanla Vahid Ordu Birləşmələrinin yaradılması haqda bir müddət öncə əldə olunan razılaşmanı imzalamaq haqqında sərəncamı ciddi müzakirə olunur. Sərəncamın Azərbaycan Ordusunun irimiqyaslı təlimləri ilə eyni vaxtda verilməsi təsadüfi sayılmır. Üç həftəlik fasilədən sonra Hələbdə müxalifətin bombardmanı başlayıb. Kremlə loyal rejimlər Ukraynanı mühasirəyə almağa başlayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların idarəolunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçirilir.

Təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.

Ordumuz Naxçıvanda da hərəkətə keçib. Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri çərçivəsində "Həyəcan" siqnalı ilə qaldırılan Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrinin şəxsi heyət və hərbi texnikası təyin olunmuş döyüş təyinatı rayonlarına çıxarılıb və hərtərəfli təminatla təmin edilib.

Əlahiddə Ümumqoşun Ordunun artilleriya birləşmə və hissələrinin döyüş əməliyyatı rayonlarında peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə təlimlər keçirilir. Döyüşdə tibb təminatının yüksək səviyyədə təşkili üçün tibb bölmələri səhra şəraitində açılaraq müvafiq tapşırıqları yerinə yetirməyə hazırdır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ermənistan Silahlı Qüvvələrinə məxsus PUA (pilotsuz uçuş aparatı) məhv edilib.

Məlumata görə, noyabrın 14-ü axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə PUA bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv olunub.

Putinin Qarabağda gizli müharibə planı – ƏMR VERİLDİ

Rusiya və Ermənistanın Vahid Ordu Birləşmələri dinc şəraitdə Ermənistanın Baş Qərargahına, müharibə şəraitində isə Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinə tabe olacaq.

Bu, faktiki olaraq, Rusiyanın Ermənistanda hərbi gücünü artırması və ümumilikdə bölgədə möhkəmlənməsidir. Razılaşmanın məhz indi, Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimlərə başladığı dövrdə gündəmə gəlməsi də diqqət çəkir.

Rusiyalı hərbi ekspert Vladislav Şurıqin Rusiyanın əsas hədəfinin NATO olduğunu açıqlayıb. Rusiyalı politoloq Vadim Muxanov isə hesab edir ki, əsas hədəf Qarabağda müharibənin qarşısını almaqdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Əliyev ordunu döyüşə hazırlayır, Sarkisyan “oğurluq” edir – İRƏVANDA QALMAQAL

Ermənistanda həlak olmuş, yaxud yaralanmış hərbiçilərin ailələrinə yardım məqsədilə hər kəsin 1000 dram ödəməsi haqda qanun layihəsi ciddi rezonansa səbəb olub.
“1000 dram” adlı etiraz kampaniyasının iştirakçıları hakimiyyətdəki şəxsləri korrupsiyada ittiham edir, onları ordunun maliyyəsini oğurlamaqda günahlandırırlar. Ermənistanın “lragir” saytı isə “1000 dram” məsələsini yeni müdafiə nazirinin “döyüşdə ilk iştirakı” olaraq təqdim edib. Sayt yazıb ki, kompensasiyalar üçün yaradılan fond hərbiçilərin maraqlarına xidmət etmir.

Məqalədə həmçinin, Ermənistanın siyasi və hərbi rəhbərliyi sərt tənqid olunur.
“Azərbaycan 60 min şəxsi heyət və güclü hərbi texnika ilə hərbi təlimlər keçirir, Ermənistan isə vətəndaşların ciblərinə girərək, onlardan 1000 dramı necə oğurlamağın yollarını axtarırlar”, - deyə sayt yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Putinlə Tramp arasında ilk telefon danışığı

Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Rusiyanın dövlət başçısı ABŞ-ın yeni liderini prezident seçilməsi münasibəti ilə təbrik edib. Putin Trampla danışığında ABŞ-ın yeni adminstrasiyası ilə tərəfdaşlıq etməyə hazır olduqlarını vurğulayıb. İnformasiyaya əsasən, tərəflər iki ölkə arasında müansibətlərin gələcəyindən, ABŞ-Rusiya münasibətlərinin normallaşması üzrə birgə işləməkdən də danışıblar.

“Daily Express” nəşri telefon söhbətinin Amerika-Rusiya münasibətlərində “yeni era” kimi qeyd edib. Nəşr bildirib ki, Putinlə Trampın ilk təması Avropa İttifaqının liderləri arasında təlaşı yaradıb.

Haaqa tribunalı isə Trampın qələbəsi ilə sanksiyalardan azad olacağına ümid edən Rusiyanı “işğalçı” adlandırıb.

Haaqa Beynəlxalq Tribunalı Krımın zəbt edilməsini beynəlxalq hərbi münaqişə ilə bərabərləşdirib. Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Bensuda Fatunun Ukraynaya aid hesabatında Krımla bağlı vəziyyət Ukrayna və Rusiya arasında beynəlxalq hərbi münaqişə kimi təsnif edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Trampın ilk bombalayacağı şəhər – MOSSAD AÇIQLADI

Seçki kampaniyasında İŞİD-i məhv edəcəyi ilə bağlı söz verən Donald Trampın yanvarın 20-də and içərək vəzifə səlahiyyətlərinə başlamasından sonra ilk addımı bu istiqamətdə olacaq.

İsrail kəşfiyyat orqanı Mossada yaxın olan “Debka” saytının yazdığına görə, Tramp İŞİD-in Suriyadakı qalası və de-fakto paytaxtı hesab edilən Rakkada əməliyyat keçiriləcək. Bu əməliyyata Türkiyə qurudan, Rusiya isə havadan dəstək verəcək.

“Debka” iddia edir ki, Tramp İraq ordusunun Mosulu azad edə bilməməsinə baxmayaraq, əvvəlcə Rakkaya hücuma keçəcək. “Tramp hadisələrdən dərhal xəbər tutmaq üçün bölgəyə təqaüddə olan Amerika əsgərlərindən ibarət “təmsilçilər” göndərib”, - deyə bildirilir.

ABŞ-da prezident seçkilərində qalib gəlmiş Donald Tramp öz uşaqlarının məxfi dövlət informasiyasına girişini təmin edə bilər.

Öz mənbələrinə istinadən CBS telekanalı bildirib ki, Tramp uşaqlarını məxfi dövlət informasiyalarına buraxmaq istəyir. Xüsusi halda, telekanal qeyd edir ki, Trampın komandası onun iki oğlu və qızına dövlət əhəmiyyətli məxfi sənədlərə girişin verilməsi haqqında icazə üçün Ağ Evə müraciət edib.

Uşaqların məxfi informasiyaya girişi onların milli təhlükəsizlik məsələləri üzrə məsləhətçi vəzifəsinə təyinatını nəzərdə tutur. ABŞ-ın qanunlarına görə, yanvarın 20-də inaqurasiyadan sonra Tramp uşaqlarını məsləhətçi vəzifələrinə təyin etməkdə sərbəstdir.

Putinin “Şatun” əməliyyatı başlandı – YENİ MAYDAN

Kiyevdə hakimiyyətin iqtisadi siyasətinə qarşı etiraz aksiyası keçirilb. Ukrayna mediasının yazdığına görə, aksiyalarda 6 minə qədər insan iştirak edib.

Xatırladaq ki, noyabrın 11-də Ukrayna Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaxın günlərdə Rusiya xüsusi xidmət orqanlarının Ukraynada qeyri-stabillik yaratmaq üzrə planlarını açıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Odessanın eks-qubernatoru Mixail Saakaşvili "112 Ukrayna" televiziyasına müsahibəsində bildirib ki, əgər hökumətin təklif etdiyi siyasət üzrə ölkə idarəsi davam etsə, Ukrayna öz mövcudluğuna son qoyacaq.

Saakaşvili bildirib ki, hazırkı dövlət kursu ölkənin iqtisadi göstəricilərinin artmasına imkan verməyəcək:

"Artıq Avropanın ən kasıb ölkəsi statusu daşıyan bir dövlətin təcili islahatlara ehtiyacı var. Əgər hökumətin vəd etdiyi ssenari üzrə biz inkişaf etsək, o zaman ən yaxşı halda 15 il sonra Yanukoviç dövrünün səviyyəsinə çata biləcəyik. Yox, əgər biz vəd edilmiş ssenaridən kənarda qalaraq indiki kimi templə inkişafa etsək, o zaman bir azdan Yer üzündə Ukrayna adında heç nə qalmayacaq".

Rusiya Ukraynanı mühasirəyə alır – Kiyev üçün MƏNFİ SSENARİ

Geosiyasi vəziyyət Ukrayna üçün mənfi ssenari üzrə inkişaf etməyə davam edir. ABŞ-da respublikaçı Donald Trampın qələbəsindən sonra Moldova və Bolqarıstanda Moskvaya meylli siyasətçilər prezident seçildi.

Ukraynanın “Obosrevatel” nəşrinin yazdığına görə, qonşu ölkələrdə Kremlə loyalların qələbəsi Ukrayna üçün həyəcan zəngdir: “Hər iki sosialist siyasətçi – İqor Dodon və Rumen Radev Rusiya ilə yaxınlaşmanı dəstəkləyirlər və hər ikisi “qərbyönümlü” qadınlar - Mayya Sandu və Tsetska Tsaçyeva üzərində qələbə qazanıblar”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Putinin sözçüsü: “Prezident əməliyyata nəzarət edirdi”

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin tutulub. İstintaq Komitəsinin məlumatına görə, A. Ulyukayev “Rosneft” şirkətinə “Başneft”-in aksiyalarını əldə etmək üçün verdiyi müsbət rəyə görə 2 milyon dollar məbləğində rüşvət alıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, operativ əməliyyatın başlanğıc dəqiqəsində bütün informasiya Putinə verilmişdi və o, bütün informasiyanı alırdı.

Hüquq-mühafizə orqanlarındakı mənbə “RİA-Novosti”yə deyib ki, nazir barəsində şübhələr çoxdan var idi və onun tutulması üçün əməliyyat nazir və yaxın ətrafı arasında olan telefon söhbətlərinin dinlənilməsindən sonra keçirilib.

Vladimir Putin oktyabrın 12-də “Rusiya çağırır” investisiya forumunda çıxış edərək bildirib ki, hökumətin qərarına görə (“Başneft” şirkətinin özəlləşdirilməsində “Rosneft”in iştirakına icazə verilməsi) bir az təəccüblənib.

Aleksey Ulyukayev isə öz günahını inkar edir. Bu haqda “Business FM” radiostansiyasına onun vəkili Timofey Qridnyov bildirib. “Aleksey Valentin öz günahını etiraf etmir. Hesab edir ki, bu dövlət məmuru barəsində təxribatdır”, - vəkil deyib.

Suriya cəbhəsi

Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın yeni prezidenti Donald Trampla telefon danışığından bir neçə saat Rusiya Suriyada bombardmanları bərpa edib.

“Reuters” agentliyinin yazdığına görə, sinxron olaraq Suriyanın hökumət qüvvələri Hələbə aviazərbələr endirməyə başlayıb. İlk zərbələr Hələbin şərqində mövqe tutan müxalifət qüvvələrinə endirilib. Halbuki, Rusiya hərbçiləri Suriyanın İdlib və Xüms vilayətlərində “Admiral Kuznetsov” təyyarədaşıyanın istifadəsi ilə genişmiqyaslı əməliyyatın başlandığını elan edib.

Suriya İnsan Haqları üzrə Təşkilatına istinadən “The Guardian” aviazərbələr nəticəsində üç nəfərin öldüyünü yazıb. Bildirilir ki, bu, Hələbin şərqində son üç həftə ərzində müxalifət güclərinə endirilən ilk aviazərbələrdir.

Müxalifət nümayəndələri ehtiyat edirlər ki, yeni aviazərbələr hökumət güclərinin yeni hücumunun başlanmasını xəbər verə bilər.

Baxçalı Ərdoğanı dəstəklədi

MHP lideri Dövlət Baxçalı Prezident Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqı (Aİ) ilə müzakirələri xalqın ixtiyarına buraxmaq təklifini dəstəkləyib.

Partiyasının qrup toplantısında danışan Baxçalı referendumun keçirilməsini vacib sayıb: "Prezident Ərdoğanın gündəmə gətirdiyi düşüncələr bizim üçün önəmlidir. "AB bizi istəmirsə, millətin ixtiyarına buraxaq", - dedi. Millət sözün sahibidir, verəcəyi hökm mütləq qərardır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm