Qarabağ üçün ÜÇ SSENARİ, Türkiyə 7-8 hissəyə... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Qarabağ üçün ÜÇ SSENARİ, Türkiyə 7-8 hissəyə... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Almaniyalı politoloq Vilfrid Furman Dağlıq Qarabağ münaqişəsində tətbiq oluna biləcəyi üç ssenari açıqlayıb.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə 8-9 dekabr tarixində keçirəcəyi görüşə böyük ümidlər var. Almaniyalı politoloq Vilfrid Furman Dağlıq Qarabağ münaqişəsində tətbiq oluna biləcəyi üç ssenari açıqlayıb. ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp dövlət başçısı postunda ilk 100 gündə həyata keçirəcəyi planları açıqlayıb. Türkiyə prezidenti Rəcəb Tayyyib Ərdoğan Lozanna razılaşmasının şərtləri ilə razılaşmadıqlarını növbəti dəfə bəyan edib.

Cənubi Qafqaz Federasiyası yaradılır, Qarabağ və yeddi rayon...

ABŞ-da Donald Tramp-ın prezident səlahiyyətlərinə başlamasından sonra Dağlıq Qarabağ münaqişəsində üç ssenari tətbiq oluna bilər. Almaniyalı politoloq Vilfrid Furmanun təqdim etdiyi ssenarilər aşağıdakılardır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə 8-9 dekabr tarixində Hamburqda görüşü gözlənilir. Bu görüşdə Qarabağ münaqişəsinin nizama salınma prosesinin sürətlənəcəyinə ümidlər var. Əks təqdirdə, münaqişə ətrafında vəziyyət yenidən gərginləşə bilər.
Ermənilərə yaxınlığı ilə seçilən rusiyalı politoloq Stanislav Tasarov isə bildirib ki, dekabr görüşündə nəsə irəliləyiş olmasa, bu, bölgədə yeni müharibəyə səbəb ola bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Belarus prezidenti Aleksandr Lukaşenko 28-29 noyabr tarixində Azərbaycana rəsmi səfərə gələcək. Səfərin proqramı hələlik açıqlanmayıb.

Lakin Belarus liderinin Bakı səfərindən öncə noyabrın 22-də Moskvaya səfər etməsi diqqət çəkir. Bununla yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan noyabrın 11-də Minskə səfər edib. Məhz Lukaşenkonun Ərdoğan və Putinlə görüşdən sonra Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə nələri müzakirə edəcəyi maraqlıdır. Belarus mediası Lukaşenkonu Bakıya gətirən səbəblərin müxtəlif olduğunu yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

NATO-nun baş katibi Yens Stoltenberq İstanbulda keçirilən NATO PA-nın plenar iclasında çıxışında deyib ki, alyans Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç bir rol oynamır və danışıqlarda iştirak etmir.

Onun sözlərinə görə, Alyans münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir. NATO-nun baş katibi Ermənistan-NATO və Azərbaycan-NATO münasibətlərində tərəfləri Qarabağ məsələsində NATO-ya şərt qoymamağa çağırıb.

Ermənistan müxalifəti isə illərdir Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda maneyə çevrilən prezidenti Serj Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması üçün hazırlıq görür.

Müxalifət 2017-ci ilin aprel ayında keçiriləcək parlament seçkilərinə hazırlıq çərçivəsində müxalifət qərbyönümlü seçki blokunun yaradılması üzrə danışıqlar aparır. Öz mənbələrinə istinadən yerli “Jamanak” qəzetinin yazdığına görə, müxalifət seçki blokunun yaradılmasının bir neçə variantını müzakirə edir. “Respublika” və “Vətəndaş müqaviləsi” partiyalarının ittifaqı ən ehtimal edilən variantdır. “Respublika” partiyasının rəhbəri Aram Sarkisyan dəfələrlə bildirib ki, qarşıdakı seçkilərdə blok formatında iştirak edəcək.

“Söhbət Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə qarşı sıxan güclərlə əməkdaşlıqdan söhbət gedir”, - qəzet yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyədən BÖYÜK ƏMƏLİYYAT – “Şah Mat”

2015-ci ilin əvvəlində “Şah Fərat” əməliyyatı ilə köçürülən Süleyman Şah Türbəsi “Şah Mat” əməliyyatı ilə yenidən inşa ediləcək. Türbənin inşası ilə “Fərat Qalxanı” hərəkatının kritik mərhələlərindən biri də tamamlanmış olacaq.

Türbə Hələb vilayətinin Karakozak kəndi sərhədləri içərisində olan və Türkiyənin öz hüdudlarından kənarda sahib olduğu yeganə torpaq ərazisidir. Karakozak kəndində 2014-cü il martın 13-də Azad Suriya Ordusu ilə İŞİD terror təşkilatı arasında şiddətli qarşıdurmalar baş verib. İŞİD-in bir həftə ərzində ələ keçirdiyi bölgədə yerləşən türbə hücum təhlükəsi ilə üz-üzə qalmışdı. Ötən il fevralın 22-də Türkiyə ordusu hərəkətə keçib. Ordu “Şah Fərat” əməliyyatı ilə Suriyaya girir. Əməliyyata 572 hərbçi, M-60 A3 tipli 50 ədəd tank və F-16 qırıcıları qatılıb. Süleyman Şahın nəşi və mənəvi əşyalar götürüldükdən sonra türbə və polis bölməsi havaya uçurulub.

“Türkiyədən qaçan terrorçular Brüssel küçələrində gəzirlər. Biz bunları tanıyırıq”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Yeni Təhlükəsizlik Konsepti” konfransında çıxışında deyib.

“Bizim daxili qərarlarımıza heç kim müdaxilə edə bilməz. Keçmişdə yol verilən səhvlərdən lazımı nəticələr çıxararaq özümüzə yeni və işıqlı gələcək qurmaqda qərarlıyıq. 2 min 200 ildən daha uzun dövlət ənənəsinə sahibik. Biz kabinet, çadır dövləti, yaxud da qəbilə dövləti deyilik. Osmanlı 3 qitəni əhatə edən dövlət olub. 22 milyon kvadrat kilometrlik ərazisi olan bir dövlətin varisləriyik. Təəssüf ki, əlimizdə 780 min kvadrat kilometr ərazi qalıb”, - Türkiyə prezidenti bildirib.

Ərdoğan növbəti dəfə tarixi Sevr və Lozanna müqavilələrini xatırladıb: “Birinci Dünya Müharibəsinin qalibləri tərəfindən qoyulan qaydalar Türkiyənin yaşamasını nəzərdə tutmurdu. Sevr indiki Türkiyənin 7-8 hissəyə bölünməsini nəzərdə tuturdu. Türkiyə bu bölünməni rədd edərək bugünkü sərhədlərini çəkdi. Lozannadakı bütün qazancları əlbəttə ki, təqdirlə qarşılayırıq. Amma Lozanna əsla müzakirə edilməz və müqəddəs bir mətn deyil. Əlbəttə, müzakirə edəcəyik və daha yaxşısına sahib olmaq üçün çalışacağıq. Bizi Lozanna ilə həbs etməyə çalışırlar. Amma bizim hələ sözümüz var. Türkiyəni 2023-cü il hədəflərinə çatdırmalıyıq. Fərqindəyik ki, bir çoxlarının ayağını tapdalayacağıq, bir çoxlarının maraqlarına toxunacağıq. Amma Türkiyəni addım-addım irəliyə aparmaqda qərarlıyıq”.

Türkiyə prezidenti deyib ki, ölümdən qorxmayan bir milləti dayandıracaq heç bir güc yoxdur.

Ərdoğan əlavə edib ki, Türkiyə ordusunun dəstəklədiyi Azad Suriya Ordusu İŞİD terror təşkilatının əlindəki Əl-Babla kifayətlənməyəcək, PYD-nin (PKK terror təşkilatının Suriya qolu –red.) nəzarət etdiyi Menbic şəhərini azad edəcək.

Tramp yüz günlük planlarını açıqladı

ABŞ-da prezident seçkilərində qalib gələn respublikaçı Donald Tramp dövlət başçısı postunda ilk yüz gündə həyata keçirəcəyi islahatlar planı ilə bağlı videomüraciət edib.

Respublikaçının sözlərinə görə, islahatların həyata keçirilməsinin əsasında “İlk yerdə Amerika” prinsipi dayanır və Amerikanı yenidən böyük etməyə və orta sinfi dirçəltməyə kömək edəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Donald Tramp Türkiyədə iyulun 15-də hərbi çevriliş həyata keçirməyə çalışan Fəthullahçı Terror Təşkilatını (FETÖ) pərt edib.

Donald Trampın milli təhlükəsizlik məsləhətçisi Mixael Flinin FETÖ (Fəthullahçı Terror Təşkilatı) lideri Fətullah Gülənə “Türkiyənin Bin Ladeni” deməsi təşkilatda böyük çaxnaşma yaradıb.

FETÖ Trampın komandasına yaxınlaşmaq üçün işlərə başlayıb. Məlumata görə, FETÖ-nün ABŞ-dakı imamı İsmayıl Böyükçələbi FETÖ ilə əlaqələri olan demokrat senator Koru Bookerin vasitəçiliyi ilə Donald Trampın köməkçisi Mayk Pensə “görüşmək istəyirik” mesajı göndərib. Bir həftə sonra FETÖ-nün aldığı cavab isə təşkilatda şok effekti yaradıb.

Mayk Pens senator Bookerə telefonla zəng edərək Trampın “ABŞ terrorçularla eyni masaya oturmaz” söylədiyini və görüşün qeyri-mümkün olduğunu deyib.

Gürcüstanın baş naziri vəzifələrini icra edən Georgi Kvirikaşvili hökumətin yeni tərkibini elan edib.

Parlament seçkilərində qalib gələn “Gürcü arzusu” hakim partiyası parlamentdə konstitusiya əksəriyyətini alıb və hakimiyyəti tək formalaşdırır. Yeni kabinetdə yalnız bir neçə nazir əvəz olunub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Özbəkistan mediasında mərhum prezident İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın zəhərlənərək öldürüldüyü xəbərləri gündəmə gəlib. “Mərkəz 1” saytı bu barədə Özbəkistanın Təhlükəsizlik Xidmətindəki anonim mənbəyə istinadən məlumat yayıb.

Mənbənin dediyinə görə, Kərimova noyabrın 5-də zəhərlənib və Daşkənddə “Minor” qəbiristanlığında dəfn olunub. Sayt iddia edir ki, jurnalistə telefonla müsahibə verən təhlükəsizlik xidmətindəki mənbə şəxsən dəfndə iştirak edib.

Qeyd edək ki, indiyə qədər də İ.Kərimovanın öldürüldüyü xəbəri bir neçə dəfə gündəmə gəlib. Lakin təsdiqini tapmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm