“İsgəndər”ə qarşı “Dəmir Qübbə”: aprel müharibəsi... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

“İsgəndər”ə qarşı “Dəmir Qübbə”: aprel müharibəsi... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Müharibədə ən böyük qələbəsini qazanıb.

İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana səfər edib. Bəşər Əsəd müxalifət qüvvələrinin əsas qalası olan Hələbi ələ keçirərək 6 illik vətəndaş müharibəsində ən böyük qələbəsini qazanıb. Donald Tramp seçkiqabağı kampaniyasında verdiyi vədlərə uyğun seçimini etdi: dövlət katibi postuna Moskvaya yaxın şəxs gətirilir.

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu dekabrın 13-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmilərlə iki saat qapalı görüş keçirib. Azərbaycana ikinci dəfə səfərə gələn İsrailin baş naziri prezidentə Bakının xeyli dəyişdiyini, bu şəhəri bəyəndiyini deyib. Netanyahu bundan əlavə Heydər Əliyev adına hava limanının yeni terminalını da bəyəndiyini prezidentin diqqətinə çatdırıb.

Netanyahu İsraillə Azərbaycan arasında mükəmməl münasibətlər və uzunmüddətli dostluq mövcud olduğunu bildirib. O, Azərbaycana ikinci dəfə səfər etməkdən məmnun olduğunu bildirib: “Sizin qoruduğunuz inklüzivlik və tolerantlıq ənənəsi sayəsində yəhudi milləti burada özünün çox rahat hiss edir. Eyni zamanda İsraildə də Azərbaycandan olan yəhudilər yaşayır və onlar iki dövlət arasında körpü rolunu oynayır”.

Azərbaycan Prezidenti yəhudi icmasının Azərbaycan cəmiyyətinin aktiv hissəsi olduğunu və onların ölkəmizin inkişafına öz töhfələrini verdiyini vurğulayıb.

Azərbaycanla İsrail arasında 4 sənəd imzalanıb. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu mətbuata bəyanatlarla çıxış ediblər. Netanyahunun fikrincə, iki ölkə arasında sıx əlaqələr təkcə silah ticarəti anlamına gəlməməlidir, bu, həmçinin qarşılıqlı hörmət deməkdir.

İsrailin hökumət başçısı həmçinin iki ölkələri arasında enerji sektoru, kənd təsərrüfatı, təhsil və informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişlənməsini vurğulayıb.

Ekspertlər Benyamin Netanyahunun Azərbaycana səfəri, səfərdən gözləntiləri və iki ölkə arasındakı mövcud münasibətləri şərh ediblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Həmsədrlər yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşə bilər.Bu barədə Rusiyanın ATƏT-dəki rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib. Lukaşeviç xatırladıb ki, Hamburqda "2+3" formatında görüş baş tutmayıb.

Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində Dağlıq Qarabağa dair həmsədr ölkələrin bəyanata münasibət bildirən Lukaşeviç bəyanatın məzmunca mənalı olduğunu, danışıqlar prosesinin baza prinsipləri əks etdirdiyi söyləyib. Lukaşeviçin qənaətinə görə, bəyanatda siyasi proses çərçivəsində müzakirə olunan yeni heç nə yoxdur.

Suriya cəbhəsi

Suriyanın hökumət qüvvələri ölkədə 6 ilə yaxındır davam edən vətəndaş müharibəsində ən vacib qələbəsini qazanıb. Bəşər Əsədin qüvvələri Hələbin şərqini ələ keçirərək şəhərin bütünlüklə müxalifət qüvvələrindən azad edildiyini açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Birləşmiş Millətlər Təşkilatına çatan son məlumatlara görə, Hələb şəhərində rejim güçləri ən azı 82 dinc sakini öldürüb. Onlardan 11-nin qadın, 13-nün isə uşaq olduğu bildirilir.

Avropanın şərqində silahlanma yarışına daxil olan NATO və Rusiya Aralıq dənizində güc nümayişinə başlayıb. NATO Kipr adasının ətrafına döyüş gəmiləri göndərib.

Kipr sahillərində NATO hərbi gəmilərini müşayiət edən sualtı gəmilər bir təyyarədaşıyan gəmini batıracaq gücə sahibdir. Daha əvvəl isə Rusiya Dəməşq rejiminə dəstək üçün yeganə təyyarədaşıyan gəmisi olan “Admiral Kuznetsov” və digər hərbi gəmilərini Aralıq dənizinin şərqindəki Tartus limanına göndərib. Moskvanın bu addımı NATO ölkələri tərəfindən tənqidlə qarşılanıb.

Ankarada şok yaradacaq: ABŞ PKK-ya zenit-raket kompleksi verdi

ABŞ Türkiyənin sərt etirazlarına baxmayaraq, PKK terror təşkilatını dəstəkləməkdə davam edir. Vaşinqton prezident Barak Obamanın təsdiqini gözləmədən YPG-yə (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı – red.) 7 vertolyot silah göndərib. Göndərilən silahlar arasında “Stinqer” Amerika daşınabilən zenit-raket kompleksi və zirehli texnikaya qarşı istifadə oluna raketlərin olduğu bildirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Baş Qərargahı Sarıqamış və Çanaqqalada tarix yazan məşhur 57-ci Alayın davamı olan 57-ci Taborunu Əl Baba göndərməyə hazırlaşır. Hazırda bölgəyə Dənizli, Sarıqamış və Kayseridən xüsus təyinatlı qüvvələr göndərilib.

Sarıqamışdan göndərilən 57-ci Komanda Taborunun Əl Bab əməliyyatlarının son mərhələsində iştirak edəcəyi gözlənilir. Birliklər cənubda, Tadif və Aran qəsəbələrində möhkəmlənən İŞİD terrorçularına qarşı əməliyyat keçirəcək.

Putin əraziləri qaytarmaqdan İMTİNA ETDİ

Rusiya prezidenti Vladimir Putin 15-16 dekabr tarixlərində Yaponiyaya edəcəyi rəsmi səfər öncəsi Tokioya mesaj göndərib. Putin Yaponiyanın “Nippon” televiziya şirkəti və “İomiuri” qəzetinə müsahibəsində Moskvanın Tokio ilə ərazi probleminin olmadığını bildirib. Kreml rəhbəri bununla da Kuril adaları mövzusunda Moskvanın mövqeyinin dəyişməz olduğunu Tokionun diqqətinə çatdırmaq istəyib.

“Yaponiya hesab edir ki, onun Rusiya ilə ərazi problemləri var. Biz bu məsələdə danışmağa hazırıq. Yaponiyanın baş naziri Sindzo Abe dörd ada haqqında məsələni qoyur. Deməli, biz artıq 1956-cı il razılaşmasının çərçivələrindən çıxırıq. Bu, tamamilə başqa vəziyyətdir və başqa məsələnin qoyuluşudur”, - deyə Putin bildirb.

2018-ci ildə keçiriləcək prezident seçkilərində isə Putinin ilk rəqibinin adına aydınlıq gəlib. Rusiya müxalifətçisi Aleksey Navalnı seçkilərində iştirak edəcəyini elan edib. Müxalifət siyasətçi bu haqda videomüraciətində bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Tramp Putinin dostunu niyə seçdi? – İKİ VERSİYA

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp isə yeni dövlət katibi postuna Putinin dostunu seçib. Tramp ABŞ-ın iri neft şirkəti "Exxonmobil"in rəhbəri Reks Tillersonu ölkənin dövlət katibi postuna seçdiyini deyib.

Reks Tillersonun 64 yaşı var. O, Texas Universitetini bitirib. Əvvəlcə “Exxonmobil” şirkətində sadə mühəndis olaraq işə başlayıb. 1990-cı illərin sonlarında şirkətin Rusiyadakı layihələrinə rəhbərlik edib. 2006-cı ildən şirkətin baş direktoru vəzifəsinə seçilib. 2011-ci ildə o, “Rosneft”lə Arktikada qazıntı aparmaq haqqında razılaşma imzalayıb. 2014-cü ildə Rusiyaya tətbiq olunan sanksiyalara etiraz edənlərdən biridir və sanksiyaların tətbiqindən sonra da Tillersonun korporasiyası Rusiyanın “Rosneft” şirkəti ilə əməkdaşlığı davam etdirib. O, 2012-ci il sentyabrın 20-də Rusiya prezident Vladimir Putin tərəfindən dostluq ordeni ilə mükafatlandırılıb.

Göründüyü kimi, ABŞ-ın yeni dövlət katibi ilə bağlı iki məqam aydın şəkildə özünü göstərir. Birincisi, Reks Tillersonun heç bir siyasi təcrübəsi yoxdur və Trampın özü kimi biznesmendir. İkinci məqam isə onun ABŞ-ın ən böyük rəqibi olan Rusiya rəhbərliyi ilə yaxşı münasibətlərdə olmasıdır. Bu baxımdan, ABŞ kimi dünyaya liderlik etmək arzusunda olan bir ölkənin xarici siyasətinin Tillersona həvalə edilməsi təccüb doğurmaya bilməz.

Donald Trampın qərarını şərh edən politoloq Qabil Hüseynli təyinatla bağlı iki versiyanı səsləndirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

SSRİ-nin birinci prezidenti Mixail Qorbaçov ittifaqın dağılmasının 25-ci ildönümü ilə bağlı SİTA agentliyinə müsahibəsində Sovet İttifaqı çərçivəsində yeni İttifaq dövləti yarana biləcəyini deyib.

“Hesab edirəm ki, yeni İttifaq yarana bilər. Könüllü şəkildə əvvəlki sərhədlərdə və həmin tərkiblə”, - deyə siyasətçi bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Mixail Qorbaçov həmçinin SSRİ-nin dağılmasına səbəb olan Belovejsk müqaviləsinin imzalanmasına niyə mane olmadığını açıqlayıb. O,atdığı addımlarla vətəndaş müharibəsini dayandırmaq istədiyini bildirib. Özünü böyük demokrat kimi qələmə verən Qorbaçov SSRİ-nin dağılmasında vicdanının təmiz olduğunu bildirib:

“Mən SSRİ-nin dağılmasına görə üzərimə düşən məsuliyyətdən imtina etmirəm. Lakin mənim vicdanım təmizdir. Mən İttifaqı sona qədər müdafiə etdim. SSRİ-ni yeniləmək mümkün idi”.

1991-ci ildə Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuçkeviçin nəyə görə Belavejskdə toplaşdığını bilmədiyini deyən Qorbaçov artıq hakimiyyətinin son illərində xüsusi xidmət orqanlarına nəzarət edə bilmədiyini etiraf edib: “Xüsusi xidmət orqanları onların toplaşdığını desələr də, məqsədin nə olduğu haqqında xəbər verməmişdilər. Mən bu zaman Yeltsinlə danışdım. O mənə Belarusa Şuşkeviçin dəvəti ilə getdiyini və Ukrayna prezidentinin də ora gələcəyini söylədi. O zaman dedim ki, sən orada xüsusilə Kravçukla danış. Ukrayna mütləq SSRİ-də qalmalı idi. Ona görə ki, onsuz İttifaq mümkün olmazdı. Mən onları həbs edə bilməzdim. Ona görə ki, buradan vətəndaş müharibəsi qoxusu gəlirdi. Bu, təhlükəli idi. Bu addım həmçinin mənim hakimiyyəti əlimdə tutmaq istəyim kimi görünə bilərdi. Mənim kredom demokratiya, totalitarizmin qan tökülmədən aradan qalxması idi. Mən həbs ssenarisindən fərqli olaraq digər qərarı qəbul etdim. Hakimiyyəti təhvil verdim. Özüm getdim ki, qan tökülməsin”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm