Cəmil Həsənli Milli Şuradakı qalmaqaldan DANIŞDI
Bizi izləyin

Nida.az

Cəmil Həsənli Milli Şuradakı qalmaqaldan DANIŞDI

Cəmil Həsənli Milli Şuradakı qalmaqaldan DANIŞDI

Milli Şura sədri Cəmil Həsənli qurumun keçirilən sessiyasında yeni üzvlərin qəbulu ilə bağlı yaranmış qalmaqala münasibət bildirib.

C. Həsənli Publika.Az-a açıqlamasında bildirib ki, bu normal fikir ayrılığıdır. O, KXCP-nin narazılığı ilə nəticələnən yeni üzv məsələsi barədə bildirib ki, bundan sonra necə olacaqsa hər kəs görəcək.

“KXCP Milli Şuradan ayrılmadı, fəaliyyətini davam etdirir. Yeni üzv məsələsi də necə olacaqsa, görəcəksiniz”-deyə o bildirib.

Qeyd edək ki, mayın 3-də keçirilən sessiyada KXCP sədri Mirmahmud Mirəlioğlu yeni üzvlərin qəbul edilməsinə etiraz olaraq qurumdan istefa verdiyini açıqlayıb. Milli Şuraya qəbul edilməsi təklif olunana yeni üzvlər AXCP təmsilçiləri olub. Əli Kərimli KXCP-nin etirazından sonra bu məsələyə yenidən baxıla biləcəyini açıqlayıb.

Sessiya qalmaqalı mübahisələrlə yada qalıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm