Nida.az
Xarici təxribatçılar dinc vətəndaşları qətlə yetirəcək – Azərbaycanlı konspiroloqun şok proqnozu
“Kiyev hadisələri 20 Yanvar Bakı hadisələrinin tam təkrarıdır. Ssenari eynidir. Bakı hadisələri SSRİ-nin sonunu yaxınlaşdırdı. Kiyevdəki operativ ssenari də tam mənada eyni olacaq. Yəni, telemərkəzin partladılması, qətliam orada da gözlənilir. Xarici təxribatçılar dinc vətəndaşları qətlə yetirib bu cinayəti Yanukoviçin ayağına bağlayacaqlar”.
Publika.Az –ın xəbərində görə, bu sözləri yazıçı-publisist, konspiroloq Həmid Herisçi Ukraynadakı son hadisələri şərh edərkən deyib.
Müsahibimiz bildirib ki, bugünkü Kiyevdəki hadisələr həqiqətən də 20 Yanvar ssenarisi ilə yenidən səhnələşdirilir. “Bunu təbii qarşılamaq lazımdır. Xüsusi xidmət orqanları təzə siyasi olayları həmişə sınanılmış nümunələr əsasında hazırlayırlar”, - H.Herisçi söyləyib.
O, Kiyevdəki son hadisələrin də 20 Yanvar faciəsinin ildönümündə təsadüfən təkrarlanmadığını bildirir:
“Məncə Kiyevdəki hadisələr Amerika respublikaçılarının nəzarəti altındakı tam məxfi diversiya qrupları tərəfindən həyata keçirilir. Onlar hələ 24 il əvvəl də oxşar təxribatları Bakıda törətmişdilər. NATO-nun tərkibindəki bu gizli təxribat qurumlarının ümumi şərti adı "Qladio"dur. Türkiyyədə həmin gizli təşkilat “Ergenekon” adlanır. Bu cür məxfi qurumlar heç vaxt öz adları ilə çıxış etmirlər. Əməliyyatlarının adı “Yalançı bayraq” (falshe flaq operition) adlanır. Yəni, bu qurumlar həmişə yalançı bayraq altında çıxış edib izləri azdırırlar”.
H.Herisçi hesab edir ki, Moskvanı Kiyevdə növbəti də təxribata qarışdırmaq istəyən güclər var:
“İyirminci-otuzuncu illərdən başlayaraq Qərb kəşfiyyatı Rusiyaya qarşı tam məxfi “Prometey” əməliyyatını aparır. Bu əməliyyatın əsas məqsədi millətçi qüvvələri Rusiya sərhədləri boyunca təşkilatlandırıb təxribatlara, kəşfiyyat əməliyyatlarına cəlb etməkdir. Həmin əməliyyatın operativ ssenarisi tərkibində 20 Yanvar hadisələrinin eyni oxşar sxemi mövcuddur”.
Ömər Dağlı
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ