Nida.az
Azərbaycanla Honduras enerji əməkdaşlığı edəcək - FOTOLAR
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Hondurasın xarici
işlər və beynəlxalq əməkdaşlıq naziri xanım Mireya Aquero de
Korralesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş
keçirib.
Publika.az-ın ARDNŞ-in saytına istinadən məlumat verir ki,
R.Abdullayev Honduras nümayəndə heyətinin Azərbaycana səfərinin iki
ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayacağına
əminliyini ifadə edib. Azərbaycanın qədim neft diyarı olduğunu və
ölkəmizin dünya neft sənayesinə böyük töhfələr verdiyini diqqətə
çatdıran R.Abdullayev son illər Azərbaycanın enerji sektorunda əldə
etdiyi müvəffəqiyyətlər, infrastrukturun yenilənməsi, ölkə
daxilində və xaricdə həyata keçirilən layihələr, SOCAR-ın xaricdəki
nümayəndəlik və ofislərinin fəaliyyəti haqqında qonaqlara ətraflı
məlumat verib.
Hondurasın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri xanım
Mireya Aquero de Korrales Bakıya səfərindən məmnun olduğunu,
Azərbaycan Respublikasının Prezidentinin əlindən yüksək dövlət
mükafatı - "Dostluq" ordenini almasını özü və ölkəsi üçün böyük
şərəf hesab etdiyini bildirib. Azərbaycanı regionun lideri
adlandıran honduraslı nazir ölkəmizlə enerji sahəsində əməkdaşlığın
onlar üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, Hondurasdakı
ictimai-siyasi vəziyyət haqqında ətraflı söz açıb, nümayəndə
heyətini ARDNŞ prezidentinə təqdim edib.
Görüşdə Azərbaycanla Honduras arasında enerji sahəsində
əməkdaşlığın mümkün perspektivləri müzakirə olunub.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ