Arif Yunusun gizli məktubu: “Erməni balası Gevorkla Yunusgil...”- Şok faktlar
Bizi izləyin

Nida.az

Arif Yunusun gizli məktubu: “Erməni balası Gevorkla Yunusgil...”- Şok faktlar

Arif Yunusun gizli məktubu: “Erməni balası Gevorkla Yunusgil...”- Şok faktlar

“Bu erməni balası və “sülh yaratmaq missiyasının” boynuna götürmüş Yunusgil həmişə Ermənistanla dialoqu, iqtisadi əlaqələrin yaradılmasını gündəmə gətirirdilər”.

Bu barədə BMT-nin İqtisadi-sosial Şurasının konsultativ statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev Publika.Az-a açıqlamasında Arif Yunusun “DQR” rəhbərinin keçmiş mətbuat katibinə yazdığı məktubda onun da adını çəkməsinə münasibət bildirərkən deyib. Arif Yunusun yazışmları haqqında dəfələrlə ona məlumat verdildiyini deyən BAMF sədri qeyd edib ki, o, Yunusgillə birgə çoxlu səfərlərdə olub: “Bu çox geniş bir söhbətin mövzusudur. Bir çox şeylər var ki, açıqlamaq lazımdır. Onun bəhs etdiyi Gevork Kirqobalyanın, Arif Yunusun özünün fəaliyyəti, həmvətənlərimizlə olan proseslər geniş məsələdir. Biz BMT-nin konfliktləri proqnozlaşdırmaq və qaradan qaldırmaq üzrə işçi qrupunda fəaliyyət göstərirdik. Bu erməni balası Gevork Kirqobalyan və “sülh yaratmaq missiyasını” boynuna götürmüş Yunusgil həmişə Ermənistanla dialoqun qurulması, iqtisadi əlaqələrin yaradılması, münasibətlərin formalaşdırılması məsələlərini gündəmə gətirirdilər. Mən həmişə buna etiraz edir, ciddi təpkilər göstərirdim. Həmişə amansız olmuşam və buna görə də bu cür insanlar mənim adımın müəyyən siyahılardan çıxarılmasına həmişə cəhdlər göstəriblər və müəyyən mənada da nail olublar”.

U. Mirzəyev Gevork Kirqobalyanın kimliyi ilə bağlı da maraqlı detalı açıqlayıb.

“Bu adam Beynəlxalq Həyəcan Təşkilatınını rəhbəridir. Vaxtilə mən bunun rəhbərliyinə məktub yazmışdım ki, bu, “Daşnaksütyun”un formalaşdırdığı təşkilatdır və həmişə erməni mövqeyindən çıxış edib. “Doktor” Gevork da müəyyən qüvvələrlə birləşib sülh yaratmaq missiyasından çıxış edir. Həqiqətən də millətimizə, Azərbaycanımıza layiq olmayan adamlar həmişə Azərbaycanımızın, Qarabağımızın adından danışıblar. Bu məni həmişə ağırıdır. Yəqin ki, yaxın günlərdə bu məsələlərlə bağlı ictimaiyyət geniş açıqlama vermək niyyətindəyəm”-deyə U. Mirzəyev bildirib.

Qeyd edək ki, virtualaz.org saytına yayımlanan yazı da Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun həyat yoldaşı Arif Yunusun Qarabağa - “Dağlıq Qarabağ Respublikası” “prezident”inin sabiq mətbuat katibi Janna Krikorovaya elektron poçtla göndərdiyi məktub yayımlanıb. Məktubda deyilir:
“Mən indi regional əməkdaşlığımıza dair layihə üzərində işləyirəm. Məncə, yanvarın axırına hər şey hazır olacaq. Sonra görüşəndə, ya da e-mail vasitəsilə müzakirə edərik.

Təəssüf ki, hər şey yolunda deyil. Sadəcə olaraq sən özün Moskvada baş verənlərdən və bizim nümayəndə heyətinin hərəkətlərindən yəqin başa düşdün. Bu barədə Gevorka yazmaq istəmədim və istəmirəm. Amma Moskvadakı o qalmaqal sənin yadındadır. Onda Eldar və başqaları ərizə yazaraq bütün günahları təşkilatçıların, xüsusilə də Gevorkun üstünə yıxdılar. Sən elə bilirsən hər şey bununla da qurtardı? Yox. Onlar qayıdandan sonra Moskvadakı görüşlə bağlı mətbuat konfransı keçirdilər, öz ərizələrində nələrin olması haqda hər şeyi danışdılar. Bu zaman bütün günahları Gevorkun üstünə yıxdılar. Guya bu ermənilər bizim “şanlı Azərbaycan”ın nümayəndələri ilə görüşlərdə özlərini başqa cür apara bilmirlər.

Ümid Mirzəyev (BAMF sədri-red) daha çox canfəşanlıq edirdi. Mənim Eldarla, Vüsalla və bu Ümidlə hansı münasibətlərdə olduğumu yəqin özün də başa düşərsən. İndi isə daha bir müştərək layihə, üstəlik qarabağlılarla birgə. Məncə, bilirsən ki, burada mənim haqqımda danışacaqlar, amma bu, lirikadır. Sadəcə olaraq kiminlə, nə ilə toqquşduğumuzu bilmək lazımdır. Layihə çox mürəkkəbdir və Gevorkun bunu bilməsi lazımdır.

Sən yazırsan ki, fevralda görüş olacaq. Nə vaxt və harada? Mən öz iş qrafikimi planlaşdırmalıyam. Sağlıqla qal. Arif Yunus”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm