BAXCP-dən əfv çağırışı: “Həbs qəti imkan tədbiri dəyişdirilsin”
Bizi izləyin

Nida.az

BAXCP-dən əfv çağırışı: “Həbs qəti imkan tədbiri dəyişdirilsin”

BAXCP-dən əfv çağırışı: “Həbs qəti imkan tədbiri dəyişdirilsin”

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət, təşkilati və cari məsələlər müzakirəyə çıxarılıb. İctimai-siyasi vəziyyətlə bağlı məsələlərin müzakirəsi çərçivəsində BAXCP İdarə Heyəti Azərbaycanın mayın 14-dən etibarən Avropa Şurası Nazirlər Kabinetinə sədrliyə başlaması da müzakirə olunub.

BAXCP İdarə Heyəti ölkəmizin Avropa Şurası Nazirlər Kabinetinə sədrliyə başlamasını yüksək dəyərləndirib və bu faktın Azərbaycanın Avropa Şurası ilə, eləcə də bu quruma üzv olan ölkələrlə daha sıx əməkdaşlığa imkan yaratdığını bildirib.

BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə sədrliyə başlaması ilə əlaqədar hakimiyyətin ata biləcəyi humanist addımlar bu hadisənin siyasi və mənəvi əhəmiyyətini daha da artıra bilər.

Bu baxımdan, sabiq millət vəkili Gülər Əhmədovanın həbsdən azad edilməsini humanist addım kimi qiymətləndirən BAXCP İdarə Heyəti hesab edir ki, bu humanist yanaşmanın həbs olunmalarında siyasi motivlərin olduğu iddia olunan, haqlarında məhkəmə hökmü olan və barələrində həbs qəti imkan tədbiri seçilmiş digər şəxslərə də şamil edilməsi ölkəmizdə kənar qüvvələrin stimullaşdırmağa çalışdığı gərginliyin azaldılmasına, milli birliyə və həmrəyliyə töhfə vermiş olardı: “Bu gün ölkəmizdə xalqın mütləq əksəriyyətinin iradəsinə söykənən siyasi sabitliyin olduğunu, ayrı-ayrı fərdlərin və qrupların bu sabitliyi pozmaq iqtidarında olmadığını, eyni zamanda bəzilərinin xeyli müddətdir ki, azadlıqdan məhrum edildiyini nəzərə alan BAXCP İdarə Heyəti Azərbaycan hökumətini “Nidaçı”ları və həbsdə olan Nemət Pənahlı, Fərəməz Allahverdiyev, Sərdar Əlibəyli, Qurban Məmmədov, Tofiq Yaqublu, İlqar Məmmədov, Əvəz Zeynallını əfv etməyə, Pərviz Həşimov, Rauf Mirqədirov və Anar Məmmədli barəsində seçilmiş həbs qəti imkan tədbirini dəyişdirməyə çağırır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm