Nida.az
Pənah Hüseyn: “Milli Müqavimət Hərəkatı bərpa oluna bilər”
“İndiki məqamda Qarabağ probleminin həlli üçün cəmiyyətin bütün təbəqələrinin səfərbər olunmasının vacibliyi ortaya çıxıb. Bu baxımdan hesab edirəm ki, Milli Müqavimət Hərəkatının yenidən gündəmə gəlməsi aktuallaşa bilər”.
Bu barədə Xalq Partiyasının sədri, sabiq Baş nazir Pənah Hüseyn Publika.Az-a açıqlamasında deyib. P. Hüseyn bildirib ki, adın, yaxud formatın fərqli olması mümkündür, amma mahiyyət etibarilə eyni hərəkatın yaradılmasına ehtiyac var. Onun sözlərinə görə, zamanında müxalifət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Milli Müqavimət, Milli Xilas hərəkatları formasında birləşmələr olub.
“Artıq Bişkek protokolunun vaxtı bitirib və torpaqların azad olunması üçün real addımların atılmasının vaxtı çatıb. Mən səfərbər olunub müharibəyə başlayaq demirəm. Sadəcə olaraq, ərazilərin azad olunması üçün hərəkətə keçməliyik. Əks təqdirdə status-kvo sonsuzluğa qədər davam edə bilər”-deyə o qeyd edib.
P. Hüseyn əlavə edib ki, siyasi mənsubiyyətindən asılı olmayaraq
hər kəs bu məsələ ətrafında eyni hədəfə vurmalıdır. Onun fikrincə,
hərbi yol da daxil olmaqla torpaqların azad olunması üçün hərəkətə
keçməyin zamanıdır.
Asif
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO