Nida.az
Gülməli ittiham: Naxçıvana casusluğa görə həbs olundu
Hüquq müdafiəçiləri və yerli veb səhifələr bu yaxınlarda İran Azərbaycanında həyata keçirilən həbslər və mühakimələr, eləcə də milli fəallara qarşı çıxarılan hökmlər haqqında yeni məlumatlar yayıb. Bundan başqa Azərbaycan saytları hakimlərin çıxardığı bir neçə məhkəmə sənədini də nəşr edib.
Publika.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasına
casusluq ittihamı ilə günahlandırılmış güneyli fəal İbrahim
İsmayili daha öncə məhkum olduğu bir illik həbs müddətini
tamamlamaq üçün Təbriz zindanına göndərilib. Günaz TV saytının nəşr
etdiyi məhkəmə sənədinə istinadən, bir illik həbsə əlavə olaraq
İsmayilinin 10 il Naxçıvan və umumiyyətlə Azərbaycan Respublikasına
səfər etməsi qadağan olunub.
Beynəlxalq insan haqları təşkilatları yaydığı bəyanatlarda İran
İslam Respublikasında siyasi fəallıqları üzündən həbs edilən
fəalların casusluqda ittiham edilməsini pisləyir.
Ərdəbil Apellyasiya Məhkəməsi 2011-ci ildə Urmiyə gölü ilə bağlı
etirazlara qatıldığı üçün beş il müddətinə sürgündə həbsə məhkum
olmuş fəal
Əli Xeyrcu haqqında yeni qərar çıxarıb. Yeni hökmə görə, Xeyrcu
6 il həbsə məhkum edilib.
Günaz TV saytının yaydığı məlumata görə, ərdəbilli fəal keçmişdə də
apardığı fəaliyyətlər səbəbilə İran hakimiyyətinin basqılarına
məruz qalıb. Ərdəbil Universitetinin fizika bölməsinin məzunu Əli
Xeyrcu 2010-cu ildə ali təhsilə davam etməkdən məhrum edilib.
Urmiyə stadionunda Urmiyə və Təbriz voleybol komandaları arasındakı
matç zamanı milli şuarlar səsləndirən azı iki urmiyəli gənc, o
cümlədən 20 yaşlı Nima Həsəninin nəzarət altına alındığı
bildirilib.
Oyan News veb səhifəsinin verdiyi məlumata görə, Həsəni bir gün
Urmiyənin Doqquz Pillə məhəlləsindəki Ettelaat
Həbsxanasında saxlandıqdan sonra sərbəst buraxılıb. Oyan News
urmiyəli gəncin məmurlar tərəfindən döyüldüyünü qeyd edib.
İsmayıl
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?