Nida.az
Qubad İbadoğlu: “Çağırışıma heç kim cavab vermədi”
“Müsavatla AXCP arasında baş verənlərin sosial şəbəkələr və mətbuat müstəvisində çıxarılması yolverilməzdir. Ona görə də mən bunu nəzərə almaları üçün belə çağırış etdim”.
Bu barədə Müsavat Partiyasının Divan üzvü Qubad İbadoğlu Publika.Az –a açıqlamasında onun barışıq çağırışından sonra AXCP-Müsavat qarşıdurmasının dayanmasına münasibət bildirərkən deyib. Q. İbadoğlu bildirib ki, onun çağırışına heç kim cavab vermədi: “Heç kim çağırışıma şəxsən cavab vermədi. Amma mətbuatda bununla bağlı danışanlar oldu. Son günlər iki partiya funksionerlərinin dediklərindən xəbərsizəm. Amma belə bir hal xoşagəlməz idi. Mən də buna son qoyulmasını istədim. Hazırda qarşıdurma dayandırılıbsa bu müsbət haldır”.
Q. İbadoğlu Müsavat başqanlığına namizəd kimi adının hallanmasına da münasibət bildirib. Deyib ki, o hələki bu barədə düşünmür: “Ümumiyyətlə bu barədə danışmağın tez olduğunu düşünürəm. Hələ ki belə iddialarım yoxdur”.
Qeyd edək ki, Q. İbadoğlu sosial şəbəkələrdə AXCP və Müsavat
barışıq çağırışı etmişdi. Onun çağırışına münasibət birmənalı
olmasa da, hazırda partiyalar arasında atəşkəs elan edilib.
Asif
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?