Suriyada döyüşən azərbaycanlılardan Rəşid Mahmudova təşəkkür
Bizi izləyin

Nida.az

Suriyada döyüşən azərbaycanlılardan Rəşid Mahmudova təşəkkür

Suriyada döyüşən azərbaycanlılardan Rəşid Mahmudova təşəkkür

Suriyada döyüşən azərbaycanlı mücahidlər tibb elmləri namizədi, həmişə sərt çıxışları ilə yadda qalan Rəşid Mahmudova çıxışlarına görə təşəkkür ediblər.

Publika.Az mücahidlərin saytına istinadən xəbər verir ki, R. Mahmudovun homoseksuallarla bağlı fikirlərini təqdir edən mücahidlər sələfi lideri Qamət Süleymanov, həmçinin aktiv sələfilərdən olan Rəşad Hümbətovu tənqid ediblər: “Dövlətə qarşı çıxmağın dində caiz olmadığını deyən bu sələfilərin yerinə dünyəvi alim Rəşid Mahmudovun problemləri dilə gətirməsi və homoseksuallığı tənqid etməsi bizim tərəfimizdən təqdirlə qarşılandı”- deyə onlar bildirib.

Qeyd edək ki, R. Mahmudov telekanalların birində çıxışı zamanı bildirib ki, Avropanın diqqətini cəlb etmək istəyiriksə, iqtisadiyyatı gücləndirməli, təhsilin səviyyəsini yüksəltməliyik. Onun fikrincə, əxlaqsızlıq olan homoseksuallığın dəstəklənməsi ilə Avropanın diqqətini cəlb etmək müsibətdir.

Mücahidlər isə sələfi liderlərinin bu məsələləri dilə gətirməməsini təəccüblə qarşıladıqlarını açıqlayıblar.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm