Nida.az
Ukrayna azərbaycanlıları Kliçkonun yanında - FOTOLAR
May ayının 21-də Ukraynanın Kiyev şəhərində “Prezident” hoteldə Ümumukrayna Birləşmiş Diasporunun (UABD) “Müasir Ukrayna: Azərbaycan diasporunun dövlətin inkişafındakı yeri və rolu” 3-cü forumu keçirilib.
UABD-dan Publika.az-a verilən məlumata görə, forumda müxtəlif sferada çalışan azərbaycanlı alimlər, iş adamları və ziyalılar iştirak edib. İki hissədən ibarət forumun birinci hissəsində diasporda olan problemlər və inkişaf perspektivləri müzakirə olunub.
UABD-nin sədri Hikmət Cavadovun açılış nitqindən sonra
Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla
Mədətli forum iştirakçılarını salamlayıb və forumun gedişinə
uğurlar arzulayıb.
Səfir bildirib ki, bu cür forumun ardıcıl olaraq 3-cü dəfə
keçirilməsi məqsədəuyğun və təqdirəlayiqdir.
E. Mədətli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev xaricdə yaşayan azərbaycanlılara hər zaman
dəstək verir və diaspor fəaliyyətini yüksək qiymətləndirir.
Bundan əlavə, 1-ci hissədə UABD-nin Rusiya Azərbaycanlı Gənclər
Təşkilatının (RAGT) və Heydər Əliyev fondunun vitse-prezidenti
Leyla Əliyevanın dəstəyi ilə nəşr olunan dərsliklərin təqdimatı
keçirilib.
Forumun iştirakçıları təqdim olunan dərsliyin azərbaycanlı
məktəblilərin və ümumilikdə Azərbaycan dilini öyrənmək istəyənlər
üçün çox dəyəli olduğunu qeyd ediblər. Forum zamanı Ukraynada
fəaliyyət göstərən Diaspora TV-nin tədqimatı keçirilib.
Forumun ikinci hissəsində UABD-nin fəalları mayın 25-də Ukrayna prezidenti və Kiyev şəhər meri postlarına keçiriləcək seçkiləri müzakirə etdilər. UABD-nin sədri Hikmət Cavadov qeyd edib ki, UABD-nin üzvləri həm Kiyev, həm də Ukraynanın digər vilayətlərində Ukrayna xalqının azadlıq hərəkatında Ukrayna xalqı ilə çiyin-çiyinə mübarizə aparıb. Bu mübarizədə ən aktiv siyası qüvvə sayılan “Udar” siyasi partiyası və onun lideri Vitali Kliçko ilə uğurlu əməkdaşlıq ediblər və bu gün də partiya lideri ilə UABD-nin sədri mütəmadi olaraq görüşlər keçirir.
Bu partiyanın prezident və mer seçkilərində qalib gələcəyi təqdirdə Azərbaycan diasporunun fəaliyyəti üçün daha da uğurlu imkanlar yaranacaq. Diaspora rəhbərinin sözlərinə görə, bu halda azərbaycanlıların Ukrayna Dumasına daxil olması asanlaşacaq, eləcə də azərbaycanlı iş adamları geniş iş imkanları yaradılacaq. Ən əsası Ukrayna-Azərbaycan dövlətlər arası münasibətlər daha da möhkəmlənəcək.
Müzakirələrdən sonra Forum iştirakçıları Prezident seçkilərində
Pyotr Poroşenko və mer seçkilərində Vitali Kliçkonun namizədliyini
dəstəkləyəcəklərini bəyan ediblər.
Asif
-
Sosial17:38
Bakıda dəhşətli intiharın detalları: Komendant mane olmaq istəyibmiş
-
Rəsmi xronika17:15
Prezident fərman imzaladı
-
Nida Xəbər 16:19
“Tərtər işi”nə görə bu hərbçilərə də hökm oxundu
-
Sosial15:36
Azərbaycanda yeni nazir təyin edildi
-
Sosial15:01
Azərbaycanda qadınların pensiya yaşı ARTIRILIR
-
İdman14:06
Mbappe Madridə bu gözəllə köçəcək - FOTOLAR
-
Hadisə13:41
Bakıda dəhşət: 16-cı mərtəbədən özünü atan gənc komendantın üstünə düşdü - Hər ikisi...
-
Dünya13:11
Rusiyada Hitlerin fanatı həbs olundu