Uorlikdən yeni “tvit”: Görüş olacaq
Bizi izləyin

Nida.az

Uorlikdən yeni “tvit”: Görüş olacaq

Uorlikdən yeni “twit”: Görüş olacaq

Minsk qrupunun amerikalı həmsədri Ceyms UorlikATƏT-in hazırki sədri, İsveçrə xarici işlər naziri Didye Burkhalterlə görüşəcək.

Publika.Az xəbər verir ki, bu barədə C. Uorlik “Twitter” səhifəsində yazıb.

Amerikalı həmsədr bildirib ki, görüş D. Burkhalterin Cənubi Qafqaza iyunda planlaşdırılmış səfərindən əvvəl baş tutacaq.

“ATƏT sədri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması səylərini dəstəkləyir”-deyə Uorlik qeyd edib.

Qeyd edək ki, D. Burkhalter Cənubi Qafqaz regionuna rəsmi səfərini iyunun 1-də Gürcüstandan başlayacaq. Sonra o, Ermənistana və Azərbaycana gələcək. ATƏT sədri əsas müzakirə mövzularından biri Dağlıq Qarabağ münaqişəsi olacaq.

Bu, D. Burkhalterin ATƏT sədri kimi regiona ilk səfəridir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm