AXCP üzvü istefa verdi: “Cəmil Həsənlinin kölgəsinə sığındılar”
Bizi izləyin

Nida.az

AXCP üzvü istefa verdi: “Cəmil Həsənlinin kölgəsinə sığındılar”

Sanki kimlərsə belə bir situasiyanı mövcud olmasında və dərinləşməsində maraqlıdırlar. Son illərin siyasi proseslərinin analizi göstərir ki, bu partiyaların istər xarici, istərsə də daxili siyasəti iflasa uğramaqdadır.

“AXCP və Müsavat partiyaları arasındakı münasibətlər səmimi deyildi, lakin indiyə kimi bu səviyyədə biruzə verməmişdi. Bəllidir ki, bu gün bizlərin hədəfi Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və demokratikliyidir. Bu məqsədlə də mübarizə meydanına atıldıq. İlkin vaxtlarda bizlərdə təəssürat yaranmışdı ki, bu partiyalar qeyd etdiyimiz məqsədlər uğrunda mübarizə aparırlar. Amma bir qədər keçdikdən sonra vəziyyətin heç də belə olmadığının şahidi olduq”.

Bu barədə AXCP üzvü, Qarabağ veteranı Füzuli Bədirov Publika.Az -a açıqlamasında müxalifət düşərgəsindəki son vəziyyətə münasibət bildirərkən deyib. Bildirib ki, bu gün yüzlərlə onun kimi şəxslər baş verənlərdən dərin məyusluq hissi keçirirlər.

F. Bədirov qeyd edib ki, bu gün hədəf Azərbaycanın demokratikliyi uğrunda mübarizə olduğu halda, başları partiyalararası intriqalara qarışıb: “Yəni vəziyyət o həddə çatdırıldı ki, geriyə dönməyə yol belə görünmür. Onlara olan müraciətlərə baxmayaraq, situasiya daha da gərginləşir. Sanki kimlərsə belə bir situasiyanı mövcud olmasında və dərinləşməsində maraqlıdırlar. Son illərin siyasi proseslərinin analizi göstərir ki, bu partiyaların istər xarici, istərsə də daxili siyasəti iflasa uğramaqdadır. Sonuncu prezident seçkiləri bunu əyani şəkildə sübut etdi. Onlar bu iflası görmək əvəzinə, siyasi aktivliyin azaldılmasında xalqın iradəsinin təzahürü kimi təqdim etməyə çalışırdılar. Amma onlar özlərinə sual vermirdilər ki, bu xalq nəyə görə onları dəstəkləmir. Bu gün bizim xalqın yetərincə mübarizə iradəsi vardır. Onlar unudurlar ki, Azərbaycan xalqının mübariz tarixi keçmişi vardır. Bir-iki ağac üstündə milyonlarla insan küçələrə çıxdı. 20 Yanvarda şəhidlər verdi. Yüzlərlə oğul və qızları Dağlıq Qarabağda həlak oldu, yaralandı. Yenə də mübarizə əzmi sınmadı. Biz bu mübarizə əzmini 1998-ci ildə, 2003-cü ildə, 2005-ci ildə müşahidə etdik və özümüz də xalqın sıralarındaydıq. Lakin bu xalq aldanmağı bağışlamır”.
AXCP üzvü qeyd edib ki, bu gün xalqın aktivliyinin azalması onun meydanda olanlara inamsızlığının acı nəticəsidir. Onun sözlərinə görə, bunları bildikləri üçün bu partiyalar ölkənin təmiz ziyalılarından olan Cəmil Həsənlinin kölgəsinə sığındılar.

“İlk gündən görünürdü ki, yenə də səmimi deyillər. Prezident seçkilərində müşahidələrimiz bunu bizə deməyə imkan verirdi. Elə də oldu. Seçkilər bitən kimi, dünənə qədər Cəmil müəllimə “cənab prezident” deyən həmin partiya sədrlərindən biri müsahibələrinin birində qeyd etdi ki, Cəmil müəllim yetərincə səs qazanmamışdı. Həmin partiyanın digər üzvü isə bildirdi ki, Cəmil müəllim gedib dərs deməklə məşğul olsaydı, daha yaxşı olardı. Bu cür münasibət qeyri-səmimilik deyilmi? Bu gün bu iki partiya arasında baş verənlər məni vadar etdi ki, özümün partiya mənsubiyyətimə yenidən baxım. Qərara aldım ki, artıq onlarla bir sırada irəliyə bilmərəm”-deyə o diqqətə çatdırıb.

F. Bədirov AXCP-dən istefa verdiyini bəyan edib: “Bu gündən bəyan edirəm ki, baş verənlərə etiraz əlaməti olaraq siyasi müstəvidən gedirəm və ömrümün qalan hissəsini Allaha, ölkəmin müstəqilliyinin möhkəmlənməsinə və ailəmə həsr edəcəyəm”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm