Spiker: "Xocalıda baş verənlər qətliamdır "
Bizi izləyin

Nida.az

Spiker: "Xocalıda baş verənlər qətliamdır "

Milli Məclis nahardan sonra fəaliyyətini davam etdirib.

Publika.az xəbər verir ki, çıxış edən spiker Oqtay Əsədov deputatlara bildirib ki, ABŞ-ın Nyu-Meksika ştatının senatorları Azərbaycana səfər ediblər, Milli Məclisdə olublar.

Spiker deyib ki, qonaqlar əliboş gəlməyiblər: “Sizə təqdim etdiyim bu sənəd Nyu-Meksika senatının Azərbaycanın Xocalı qətliamı ilə bağlı qətnaməsidir. Bu qətnamədə Xocalıda baş verənlər qətliam adlandırılır. Bundan başqa, senat daha bir qətnamə qəbul edib. Bu qətnamədə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və Dağlıq Qarabağın tanınmadığı ifadə olunur".

Spiker onu da bildirib ki, bu yaxınlarda Nyu-Meksika ştatının Senatı 28 May Respublika Gününü Azərbaycan fünü elan edib. Spikerin bu məlumatından sonra millət vəkilləri qətnamələri ayaq üstə alqışlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm