İsa Qəmbərin adamı AXC-ni sərt tənqid etdi: “Elçibəyə xəyanət edənlərin...”
Bizi izləyin

Nida.az

İsa Qəmbərin adamı AXC-ni sərt tənqid etdi: “Elçibəyə xəyanət edənlərin...”

İsa Qəmbərin adamı AXC-ni sərt tənqid etdi: “Elçibəyə xəyanət edənlərin...”

Müsavat başqanının müşaviri Səxavət Əlisoy AXC hökumətini sərt tənqid edib.

Publika.az xəbər verir ki, İsa Qəmbərin müşaviri, Elçibəyi komandasının səriştəsiz, qabiliyyətsiz, elementar mədəniyyətdən məhrum təkəbbürlü üzvləri yıxdığını deyib: “Bundan başqa, Rusiya, İran,Türkiyə, İsrail,
ABŞ və Qərb neftxudaları bəyin devrilməsində rol aldılar. Həmçinin mədə toxluğunu dövlət və millətdən üstün bilən toplumun da öz rolu oldu”.
S. Əlisoy qeyd edib ki, bəyin komandasında hər kəs öz həddini bilsəydi, “4 iyun” qiyamı da baş verməzdi.

“Təəssüf ki, rəqiblər bir yana, komanda daxilində ən azı 5 yüksək vəzifə sahibi özünü Elçibəydən bir boy üstün bilirdi. Və bir nüansı da qeyd etmək istəyirəm, Elçibəyə xəyanət edənlərin hamısına acınacaqlı aqibət nəsib olub”,– deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm