Nida.az
YAP-dan Leyla Yunusun yeni mərkəzinə münasibət
“Leyla Yunus kimdir ki, onun yaratdığı mərkəz də nə ola? Leyla Yunusun heç bir sosial dayağı, tərəfdarı yoxdur. Bir özüdür, bir də papkası”.
Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Publika.Az-a açıqlamasında Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun yeni yaratdığı müqavimət hərəkatına münasibət bildirərkən deyib.
M. Qurbanlı qeyd edib ki, Leyla Yunusu mətbuat təbliğ edir:
“Xaricdən aldığı bu və ya digər vəsait hesabına mətbuatda hay-küy
qaldırır. Həmin hay-küyü də həm radikal mətbuat, həm də mərkəzçi
mətbuat təbliğ edir”.
YAP rəsmisi hesab edir ki, Azərbaycanda Leyla Yunus kimi adamların
sözlərinə, fikirlərinə diqqət yetirən yoxdur.
“Onun özü, çəkisi, dediyi fikrin təsiri nə qədərdir ki, yaratdığı mərkəzin də fəaliyyəti nə ola? O kimdir ki, yaratdığı mərkəzin də əhəmiyyəti yüksək ola? Onun çəkisi varmı, tərəfdarı, müdafiə edəni varmı, sözünə fikir verən varmı? Əlbəttə ki, yoxdur. Leyla Yunusun şəklini Bakıda sakinlərə göstərsən, əksəriyyət tanımaz. O isə mətbuatdan sui-istifadə edərək adının hallandırılmasına çalışır. Leyla Yunus həmişə Azərbaycanın milli maraqlarına zidd hərəkətləri ilə tanınır. Bu cür adamların adını belə çəkmək lazım deyil. İndiyə qədər yaratdıqları milli maraqlara zidd olub, bu dəfə də eyni olacaq. Xalq bütün bunları görür”,– deyə M. Qurbanlı qeyd edib.
Qeyd edək ki, Leyla Yunus rəhbərlik etdiyi təşkilatın nəzdində Repressiyalara qarşı müqavimət mərkəzi təsis edib. O, mərkəzin yaradılmasına ehtiyacı hakimiyyətin təzyiqləri qarşısında vətəndaş cəmiyyətinin “müdafiə mövqeyindən hücuma keçmək” zərurəti ilə izah edib.
Asif
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ