“Rusiya ilə Avrasiya İttifaqına görə danışıqlar aparmalıyıq”
Bizi izləyin

Nida.az

“Rusiya ilə Avrasiya İttifaqına görə danışıqlar aparmalıyıq”

“Rusiya ilə Avrasiya İttifaqına görə danışıqlar aparmalıyıq”

“Dağlıq Qarabağ və ətrafındakı 7 rayon azad edilməlidir. Əgər Rusiya bizim istədiyimizi etməyəcəksə, yəni Qarabağı qaytarmayacaqsa, biz də bu ittifaqlara daxil olmayacağıq. Məsələnin mahiyyəti budur! Özləri də yaxşı bilir ki, Dağlıq Qarabağ probleminin həlli Rusiyadan asılıdır”.

Bu barədə BAXCP sədrinin ictimai-siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı Publika.Az-a açıqlamasında deyib. Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı qorxulu ittifaq və ya ideologiya deyil: “Uzun müddətdir ki, Qərblə Rusiya arasında münasibətlər gərgin vəziyyətdədir. Rusiyanın ən yaxın müttəfiqi Belarusiya prezidenti Lukaşenko Ukraynanın yeni seçilmiş prezidenti Poraşenkonun inaqurasiya mərasimində iştirak edirdi və bəyanat verdi ki, Krım Ukraynaya qaytarılmalı, separatçılar məhv edilməlidir. Biz Avrasiya İqtisadi İttifaqı məsələsində Rusiya ilə danışmalıyıq. BAXCP lideri Qüdrət Həsənquliyev bu yaxınlarda bu məsələ ilə bağlı öz mövqeyini bütün xalqa bəyan edib. Bəli, biz bu gün təklif irəli sürmüşük ki, Qarabağ problemini Azərbaycan xalqına yaradan Rusiya ilə danışıqlar masasına oturmalıyıq. Qarabağ məsələsində Rusiya ilə dil tapırıq, güzəştlərə gedirik. Ermənistanla danışıqların heç bir mənası yoxdur. Nə mənası var Ermənistanla danışmağın? Bir gündə Rusiya Ermənistanda siyasi rəhbərliyi qətlə yetirdi və bütün danışıqları pozdu. Biz Ermənistanla hətta güzəştlərə razı olsaq da, Rusiya buna heç imkan verər? Mümkün deyil. Rusiyadan kənar Ermənistan heç bir razılığa gəlməz. Ermənistan rəhbərliyi Dəmirçiyanın aqibətini yaxşı bilir. Biz işğalçı dövlətin öz ilə danışıq aparmalıyıq”.

N. Orduxanlı qeyd edib ki, bu fikirlərdən onun lideri Qüdrət Həsənquliyevə qarşı radikal düşərgənin nümayəndələri istifadə edib, Qərb qarşısında özlərinin imiclərini düzəltməyə cəhd etdilər: “Bütün təbliğatı ona yönəltdilər ki, guya bunlar Rusiyanın əleyhinə olan siyasi qüvvələr imiş. Bu adamlardan soruşmaq lazimdır ki, bizim torpaqları Ermənistan Rusiyanın köməkliyi ilə işğal edib, siz bunu deyirsinizmi? Cəsarətin çatırmı ki, məhz işğalçı tərəf kimi Rusiya ilə danışıqlar aparmağı təklif edəsən? Deyə də bilməzlər! Qərbin qorxusundan deyərlər?! Digər tərəfdən Azərbaycan Avrasiya İqtisadi İttifaqına girmir, xalqı müharibəyə hazırlayırıq, peşəkar ordu qururuq. Bu məsələdə oturub hesablamaq lazımdır, Rusiya Ermənistana hərbi, Qərb isə iqtisadi və mənəvi dəstək verəcək. Biz bunun qarşısında dura bilərikmi? İndiki vəziyyətdə bu məqam çox risklidir. BAXCP ittiham edən adamlar indiyə qədər bir dəfə də olsun müharibə etməliyik fikrini səsləndirməyiblər. Bilirlər ki, bu bəyanat onlara çox baha başa gələ bilər. Ona görə də Azərbaycan Avrasiya və Gömrük İttifaqının üzvü ola bilər, amma bundan öncə Dağlıq Qarabağ və ətrafındakı 7 rayon məsələsi həll olunmalıdır. Boş-boşuna BAXCP-ni Rusiyanın nə bilim beşinci kalonu deyə böhtan atmasınlar. Biz heç vaxtı deməsinlər ki, biz Rus qoşunlarını Azərbaycana dəvət edirik. Əgər Rusiya bizim istədiyimizi etməyəcəksə, yəni Qarabağı qaytarmayacaqsa, biz də bu ittifaqlara daxil olmayacağıq. Məsələnin mahiyyəti budur! Özləri də yaxşı bilir ki, Dağlıq Qarabağ probleminin həlli Rusiyadan asılıdır. Bu gün ABŞ, Avropa Birliyi istəyir ki, Rusiya Qarabağı alıb Ermənistana birləşdirsin və Azərbaycanla Rusiya əbədi düşmən olsun. Bu halda bizim qərbdən yapışmaqdan savayı yolumuz qalmır. Qərb Azərbaycana Rusiyanı əbədi düşmən etmək istəyir. Neçə ki, Qərb bunu Ukraynada edə bildi. Bu gün Rusiya ilə Ukraynanı düşmən edən Qərbdir. Qərb qəsdən Ukraynan arxasından qaçdı. Onlar ilk gündən desəydi ki, biz Ukraynanın müstəqilliyinə qarantıq və onu müdafiə edəcəyik, Rusiya indiki kimi etməzdi. Amma onlar dedilər ki, hərbi dəstəkdən söhbət gedə bilməz, əgər müharibə baş versə, Rusiyaya sanksiya tətbiq edəcəyik. Bu məqsədli formada Moskvaya demək idi ki, get Krımı al. İki slavyan xalqını düşmən etdilər, indi ruslarla ukraynalıların barışması üçün 100 il vaxt lazımdır. Azərbaycan Qarabağ qaytarılmasa heç vaxt ittifaqa daxil olmaz. Nazarbayev hətta ittifaqa Türkiyə dövlətinin də qoşulma ehtimalından bəhs edib. Qarabağ qeyd etdiyim kimi Azərbaycana qaytarılarsa və bu birliyə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər türk dövlətləri daxil olarsa, bu artıq türk-slavyan xalqlarının böyük bir birliyi deməkdir! Bu ittifaqı əldə etmək böyük uğur deməkdir. Və bu ittifaqda türk xalqlarının əsas həll edici rolunun olmasna gətirib çıxardar. Düşünmək lazımdır ki, Türkiyənin AİT qoşulmasına reaksiyası necə olar? Məncə, Qərb Türkiyə heç vaxt imkan verməz ki, Rusiya ilə bu dərəcədə yaxınlaşsın. Türkiyəni qan selində boğar. Sizə deyim ki, BAXCP bir neçə il bundan qabaq belə bir təşəbbüslə də çıxış etmisidir ki, türk-slovyan xalqlarının bir ittifaqı yaransın”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm